Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Real"ın daha bir ulduzu klubu tərk edir

© REUTERS / Maxim ShemetovLuka Mordiç
Luka Mordiç - Sputnik Azərbaycan
Abunə olmaq
Modriç 60-80 milyon avro vəsait qarşılığında "İnter"ə keçə bilər

BAKI, 6 avqust — Sputnik. Xorvatiya millisinin kapitanı və Madrid "Real"ının yarımmüdafiəçisi Luka Mordiç klubu tərk etmək niyyətindədir. Bu barədə Sputnik Azərbaycan "Vesti.ru"ya istinadən xəbər verir.

Kral klubu Dünya Çempionatının 2018-ci ilin ən yaşı oyunçusunun satılmadığını desə də, İtaliyadan xorvat oyunçuya çox sərfəli təklif — ilinə 10 milyon avro təklif gəlib.

32 yaşlı yarımmüdafiəçi ilə bir çox klublar maraqlansa da, ən yaxşı təklifi "İnter" klubu təklif edib. Belə ki, Milan təmsilçisi oyunçuya illik 10 milyon avro olmaqla 4 illik müqavilə təklif edir.

"Real"ın baş məşqçisi Xulen Lopeteqi bu xəbəri yalanlayıb, klubun prezidenti Florentino Peres isə Modriçin transfer qiymətini – 750 milyon dollar olduğunu qeyd edib.

Lakin xorvatın "Real"la müqaviləsi 2020-ci ildə bitir və gələn il artıq oyunçunun qiyməti aşağı düşə bilər. Madriddən olan mənbə bildirib ki, Modriç 60-80 milyon avro vəsait qarşılığında "İnter"ə keçə bilər.

Xəbər lenti
0