DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

"Böyük yalan"ın üstü açılır: Bütün dünya onlara inanmışdı

© AFP 2024 / ALEXANDER KLEIN BMT-nin Vyana ofisi
BMT-nin Vyana ofisi - Sputnik Azərbaycan
Abunə olmaq
BMT Şimali Koreyanın Suriya və Yəmənə silah satmağa çalışdığını açıqlayıb

BAKI, 4 avqust — Sputnik. BMT-nin bu gün açıqladığı hesabat ABŞ və qonşuları ilə yeni bir səhifə açan Şimali Koreyanın nüvə silahlarından imtina etmədiyini ortaya qoyub.

Sputnik Azərbaycan "Milliyet"ə istinadla xəbər verir ki, hesabata görə, Şimali Koreya lideri Kim Çen In nüvə raket proqramını dayandırmayıb və BMT-nin sanksiyalarını pozur.

Hesabatda ən diqqət çəkən hissə isə Şimali Koreyanın daxilində müharibə gedən ölkələrə — Suriya və Yəmənə silah satmağa çalışmasıdır. BMT, Pxenyan rəhbərliyinin Suriyadakı rejimlə hərbi əməkdaşlığa getdiyini də qeyd edir. 

Donald Tramp - Sputnik Azərbaycan
ABŞ-ı Koreya ilə müharibədən mən xilas etdim – Tramp

Qeyd edək ki, 2018-ci ildə düşmən qardaşı olan Cənubi Koreya ilə buzları əridən Şimali Koreya, ardından ABŞ prezidenti Donald Tramp ilə tarixi bir zirvəyə imza atmışdı. Tərəflər arasında bağlanılan müqavilələrə görə, Pxenyan rəhbərliyi bütün nüvə silahı işini dayandıracaq və bu ilin sonunadək Cənubi Koreya ilə sülh razılaşması başa çatacaq. Şimali Koreya xarici jurnalistləri ölkəyə çağıraraq bəzi nüvə obyektlərini məhv etmişdi. Ancaq son ortaya çıxan peyk görüntüləri, hələ də bəzi səylərin davam etdiyini göstərir.

Bu həftə "Vaşinqton Post" qəzeti ABŞ kəşfiyyat mənbələrinə əsaslandırdığı xəbərində, Şimali Koreyanın ən azı 1, yəqin ki, 2 obyektdə nüvə başlığı daşıya bilən qitələrarası balistik raketi inkişaf etdirmək işini davam etdirdiyini bildirmişdi.

Xəbər lenti
0