BAKI, 4 iyul — Sputnik. ABŞ prezidenti Donald Tramp bəyan edib ki, onun sayəsində ABŞ və Şimali Koreya arasında müharibə başlamayıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Tramp öz "Twitter" səhifəsində yazıb.
Many good conversations with North Korea-it is going well! In the meantime, no Rocket Launches or Nuclear Testing in 8 months. All of Asia is thrilled. Only the Opposition Party, which includes the Fake News, is complaining. If not for me, we would now be at War with North Korea!
— Donald J. Trump (@realDonaldTrump) 3 июля 2018 г.
Trampın sözlərinə görə, Şimali Koreya ilə danışıqlar pozitiv istiqamətdə gedir.
"Son 8 ayda heç bir raket buraxılmayıb və nüvə sınağı həyata keçirilməyib. Bütün Asiya həyəcanlıdır. Yalnız feyk xəbərlərin də daxil olduğu müxalifət partiyası narazılıq etməyə davam edir. Əgər mən olmasaydım, onda biz hazırda Şimali Koreya ilə müharibə aparırdıq", — deyə ABŞ prezidenti yazıb.