Fırtına Tehrana çatdı, paytaxtı etiraz dalğası bürüdü

© © AP Photoİranda etirazlar, 30 dekabr 2017-ci il
İranda etirazlar, 30 dekabr 2017-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkədə iqtisadi vəziyyətdən narazı olan şəxslər hökumət əleyhinə şüarlar səsləndirirlər

BAKI, 3 avqust — Sputnik. İranda qiymət artımı və milli valyutanın devalvasiyası ilə əlaqədar keçirilən etiraz aksiyaları ölkənin paytaxtı Tehranda da başlayıb. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir. Məlumata əsasən, ölkədə iqtisadi vəziyyətdən narazı olan şəxslər hökumət əleyhinə şüarlar səsləndirirlər.

Mübariz Əhmədoğlu, politoloq - Sputnik Azərbaycan
Ekspert: “İran-ABŞ müharibəsinin olma ehtimalı çoxdur”

Qeyd edək ki, İranın Şiraz şəhərində təşkil olunan etiraz aksiyası hökumət tərəfindən qeyri-qanuni elan edilib və hüquq-mühafizə orqanları aktiv işçilərinin saxlanılmasına başlayıb. Etirazlar İranın digər şəhərləri İsfahan, Məşhəd və Tehran yaxınlığında yerləşən Kərəcdə də keçirilir. İsfahanda, hətta polis etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq edib.

İranda "qara bazar"da ABŞ dolları rekord həddədək bahalaşıb. Belə ki, hazırda 1 dollar 10 min tüməndən (yerli pul vahidi — red.) bahadır.

Xatırladaq ki, İran parlamenti ölkə prezidenti Həsən Ruhaniyə ölkədə iqtisadi problemlərin aradan qaldırılması üçün hökumətin gördüyü tədbirlərə dair hesabat verməsi üçün bir ay vaxt verib.

"Ümumilikdə 290 parlament üzvündən 92-si prezident Ruhanidən parlamentin suallarına cavab verməyi tələb edib. Məsələyə yenidən baxıldıqdan sonra onların sayı 80-ə enib" — deyə parlamentin spikeri Əli Laricani bildirib.

Laricani vurğulayıb ki, ölkə qanunvericiliyinə əsasən, prezident sualları aldıqdan sonra bir ay müddətinə parlament qarşısında çıxış etməlidir.

Xəbər lenti
0