Politoloq Mübariz Əhmədoğlu Sputnik Azərbaycan-a deyir ki, hazırda ABŞ və İran arasındakı gərginlikdə ABŞ diqtə edən tərəfdir və İran da bunu qəbul edir: “İran tədricən ABŞ-ın şərtlərini qəbul etməyə hazırlaşır. Çünki Avropa da İrana konkret vədlər vermir. İran öz daxilində ABŞ-ın destruktiv fəaliyyətini neytrallaşdıra bilməyib. Belə olan təqdirdə İran öz sərhədlərindən kənarda ABŞ-a müqavimət göstərə bilməyəcək və bu artıq bir çox yerlərdə belədir. Bütün bunlar İranın son proseslərdə zəiflədiyinin göstəricisidir. Düşünürəm ki, yaxınlarda İran ABŞ-ın şərtlərini qəbul edəcək. Qəbul etməyəcəyi təqdirdə ilin sonlarına doğru iki ölkə arasında müharibənin olma ehtimalı çoxdur”.
Qeyd edək ki, İran prezidenti Həsən Ruhaninin müşaviri Həmid Abutalebi ABŞ və İran arasında dialoqun bərpası üçün ABŞ-ın nüvə razılaşmasına qayıtmalı olduğunu bildirib. Bunu o, özünün “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz