Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İcra hakimiyyətində "yeyinti" faktları aşkarlanıb

© Sputnik / Murad OrujovФинансовая отчетность, фото из архива
Финансовая отчетность, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Auditin nəticəsi barədə Milli Məclisə məlumat təqdim edilib

BAKI, 3 avqust — Sputnik. Dövlət büdcəsindən Gədəbəy Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair auditin nəticələri açıqlanıb. Bu barədə Sputnik Azərbaycan-a Hesablama Palatasından məlumat verilib.

Подписание договора страхования - Sputnik Azərbaycan
Nazir nöqsanlara yol verən şöbə rəhbərlərini sərt cəzalandırıb

Bildirilib ki, mövcud qanunvericiliyin tələbinə uyğun olaraq dövlət büdcəsindən 2016-2017-ci illərdə Gədəbəy Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərdən istifadəyə dair auditin nəticələri haqqında Hesabat müvafiq qaydada təsdiq olunub.

Audit 2016-2017-ci illərdə Gədəbəy şəhərinin küçələrində yolların təmiri və abadlıq-quruculuq işlərinin və çoxmənzilli binaların təmiri işlərinin, həmçinin İcra Hakimiyyəti Başçısının Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən mənzil fondunun əsaslı təmiri və abadlıq işlərinin, şəhərin işıqlandırılması, yolların əsaslı təmiri, küçə, park və səkilərin süpürülməsi, təmizlənilməsi və abadlıq işlərinin aparılması üçün istifadə olunan ümumilikdə 6445,1 min manat vəsaiti əhatə edib.

Audit nəticəsində bəzi hallarda layihə-smeta sənədləri hazırlanmadan, satın alınacaq malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti müəyyən edilmədən satınalma müqavilələrin bağlanılması, vəsaitlərin satınalma keçirilmədən və məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədi ilə ayrı-ayrı müqavilələrə bölünməklə icra olunması halları müəyyən edilmiş, bəzi müqavilələrin icrası zamanı tərtib olunan müvafiq sənədlərdə müəyyən edilməyən bir sıra işlər üzrə vəsait nəzərdə tutularaq istifadə olunan, işlər yerinə yetirilmədiyi halda podratçıya vəsait ödənilməsi hallarına yol verilib, çəkilən xərclər (yeni yaradılan dəyər) müvafiq qaydada uçota alınmayıb.

Gədəbəy şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Respublikası Tarif Şurasının müvafiq qərarlarının tələblərinin gözlənilməməsi səbəbindən mənzil fondu üzrə gəlir az hesablanıb və bir sıra hallarda isə artıq vəsait xərcinə yol verilib, istismar olunan nəqliyyat vasitələri üzrə gündəlik fəaliyyət ilə əlaqədar manevr və marşrut xətti müəyyənləşdirilməməsi və tullantıların daşınması məqsədi ilə xidmət müqavilələrinin bağlanılmaması nəticəsində vəsaitlərin səmərəli istifadəsi təmin olunmayıb.

Hesablama Palatasının Kollegiyası Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən auditlə müəyyən edilən nöqsanları aradan qaldırmaqla nöqsanlara yol verib vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul etmiş, görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Kollegiya Qərarının surəti Gədəbəy Rayon İcra Hakimiyyətinə göndərilib.

Auditin nəticəsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə məlumat təqdim edilib.

Xəbər lenti
0