BAKI, 12 iyul — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 11 rayon şöbəsinin rəhbəri işdən azad edilib.
Sputnik Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyinin İşçi Qrupunun bugünkü iclasında deyib.
Nazir qeyd edib ki, son iki ayda aparılan araşdırmalar zamanı fəaliyyətlərində ciddi nöqsanlara yol verdiyi müəyyən olunan DSMF-nin 11 rayon şöbəsinin rəhbəri işdən azad edilib.