Hava şəraiti kəskin dəyişəcək - Xəbərdarlıq

© Sputnik / Murad OrujovНа Баку обрушился ливень
На Баку обрушился ливень - Sputnik Azərbaycan
Abunə olmaq
Yağış yağacağı, ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var

BAKI, 3 avqust — Sputnik. Bakıda və Abşeron yarımadasında avqustun 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, arabir güclənən şimal-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyində son zamanlar baş verən meşə yanğınları ilə bağlı mətbuat konfransı - Sputnik Azərbaycan
Bakının havasında nə baş verir - ETSN açıqladı

Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-26, gündüz 28-33, Bakıda gecə 24-26, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində avqustun 4-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 27-28 dərəcə isti təşkil edəcək. Şimal-qərb küləyinin güclənməsi ilə əlaqədar çimərliklərdə əlverişsiz hava şəraiti müşahidə olunacaq.

Azərbaycanın rayonlarında avqustun 4-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəsək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 21-26, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə: Avqustun 4-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və arabir güclənən xəzri küləyinin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

ETSN əhaliyə xəbərdarlıq da edir: Bakıda, Abşeron yarımadasında və ayrı-ayrı rayonlarda avqustun 6-dək şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Bəzi şimal və qərb rayonlarında avqustun 4-6-da şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi dağ çaylarında sululuğun artacağı ehtimal olunur.

Xəbər lenti
0