Bakının havasında nə baş verir - ETSN açıqladı

© Sputnik / Irade JELILEkologiya və Təbii Sərvətlər Nazirliyində son zamanlar baş verən meşə yanğınları ilə bağlı mətbuat konfransı
Ekologiya və Təbii Sərvətlər Nazirliyində son zamanlar baş verən meşə yanğınları ilə bağlı mətbuat konfransı - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlik rəsmisi: "Birinci səbəb təbii, ikinci səbəb isə insan fəaliyyətinin nəticəsi ilə bağlıdır"

BAKI, 3 avqust — Sputnik. "Son zamanlar əhali tərəfindən atmosfer havasının toz-dumanla çirkləndirilməsi ilə bağlı müraciətlər alırıq". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva bu gün keçirilən mətbuat konfransında açıqlama verib.

Onun sözlərinə görə, atmosfer havasında toz-dumanın olmasının iki səbəbi var: "Birincisi təbii səbəblərdir. İkinci səbəb isə insan fəaliyyəti nəticəsində yaranan toz-duman kütlələri ilə bağlıdır. Təbii proseslər yay aylarında daha tez-tez müşahidə olunur. İrandan, Suriyadan, Orta Asiya ölkələrəindən Azərbaycan ərazisinə tozlu-dumanlı hava kütləlıri daxil olur. Belə hallar olanda bizim mütəxəssislər peyk vasitəsilə müşahidə edir və biz sizin sorğularınızı cavablandıra bilirik".

Ekologiya və Təbii Sərvətlər Nazirliyində son zamanlar baş verən meşə yanğınları ilə bağlı mətbuat konfransı - Sputnik Azərbaycan
Ölkədə meşə yanğınları "qırmızı xətt"i keçir, hüquq-mühafizə orqanlarına müraciət olundu

"Son vaxtlar atmosfer havasının toz-dumanla çirklənməsi lokal xarakter daşıyır. Bölgədə tikinti işlərinin miqyası artıb, daş karxanalarının fəaliyəti və s. zamanı yaranan toz kütlələri küləklər vasitəsilə bölgəyə yayılır. Bu səbəbdən də nazirliyin müvafiq şöbəsi mütəmadi monitorinqlər aparır və tədbirlər görür" — U.Tağıyeva bildirib.

Daha sonra çıxış edən ETSN Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Anar Tağıyev bildirib ki, son zamanlar toz-duman proseslərinin təkrarlanması əhalini narahat edir: "Bu səbəblə nazirliyin "qaynar xətt"inə daxil olan hər bir müraciət araşdırılır. Bütün bunları nəzərə alaraq, Qaradağ rayonu ərazisində fəaliyyət göstərən Qaradağ Səhmdar Cəmiyyətinə aid olan 11 daş karxanasında atmosfer havasında olan tozun miqdarını müəyyən etmək məqsədilə montitorinqlər keçirilir".

"Monitorinqlərin nəticəsinə görə, həmin ərazilərdə fəaliyyət göstərən bəzi karxanalarda tozun miqdarı 10-15, bəzilərində isə 25-30 dəfə normadan çox olduğu müəyyən edilib. Bu da öz növbəsində havanın küləkli olduğu vaxtlarda tozun ətraf ərazilərə yayılmasına səbəb olur. Eyni zamanda, karxana sahiblərinə mövcud problemlərin aradan qaldırılması və mühafizə tədbirləri istiqamətində müvafiq tövsiyələr verilir. Buna əməl etməyən sahibkarlara qarşı qanunamüvafiq qaydada tədbirlər görüləcək. Bu istiqamətdə monitorinqlərimiz davam edir" — deyə A.Tağıyev əlavə edib.

Xəbər lenti
0