CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bahalı qeydiyyat: Dubaydan telefonlar gətirməyə son

© Sputnik / Anar MustafayevЖенщина с мобильным телефоном и деньгами в руке, фото из архива
Женщина с мобильным телефоном и деньгами в руке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sıravi vətəndaşlara əvvəlki kimi xaricdən mobil telefonları on-line sifariş etmək çox baha başa gələcək

Fuad Əlizadə, Sputnik Azərbaycan

BAKI, 3 avqust — Sputnik. Fiziki şəxslərin mobil telefonlarının dövlət qeydiyyatına alınması üçün tələb olunan tariflərin artırılması mobil qurğuların elektron ticarətinin həcmində kəskin azalmaya və onun satış bazarının inhisarlaşmasına səbəb olacaq.

Mobil telefon satışı bazarında hazırkı vəziyyət və onun perspektivlərini Sputnik Azərbaycan-a mobil telefon bazarının iştirakçısı, mobil telefonların idxalı və satışında 18 illik təcrübəsi olan bir sahibkar şərh edib.

Qeyd edək ki, 31 iyul 2018-ci il tarixində AR Nazirlər Kabinetinin 336 nömrəli qərarı ilə "Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri" təsdiq edilib. 

Водитель и пассажир в салоне автомобиля, фото из архива - Sputnik Azərbaycan
Avtomobil və mobil telefonlar bahalaşacaq - Rüsumlar artırıldı

Yeni qaydalara əsasən mobil cihazların tarifləri onların model və markalarının bazar qiymətinə uyğun olaraq müəyyən ediləcək.

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəsmi internet saytında beynəlxalq on-line elektron sistemə istinad edərək mobil cihazların bazar qiymətləri barədə informasiyaları yayımlayacaq və onları müntəzəm olaraq yeniləyəcək.

Həmsöhbətimiz olan sahibkarın sözlərinə görə, firmalar mobil telefonları xaricdən alarkən, onlar hüquqi şəxs kimi 36% idxal rüsumu ödəyirlər (bu məbləğin 18%-i malların dövlət satışı zamanı firmaya geri qaytarılır), hər bir IMEI-kod-un (International Mobile Equipment Identity) qeydiyyatı üçün 1,5 manat ödənilir.

Digər yollarla mal gətirən, məsələn Dubaydan bir telefon gətirən fiziki şəxslər üçün tariflərin dəyişməsinə qədərki qeydiyyat qiyməti 5 manat idi. 

Разговор по телефону в офисе. Архивное фото - Sputnik Azərbaycan
Azərbaycanda bütün mobil operatorlar qiymətləri qaldırdı

"Mobil telefonlar gömrük rüsumu ödəyən firmalar tərəfindən gətirildikdə, onların mallarının qiyməti avtomatik olaraq yuxarı qalxır. O da var ki, rüsum ödənilmədən gətirilən telefonlar 20-30 manat aşağı qiymətə başa gəlir" — deyə bazardakı mənbə bildirib.

Sahibkarın sözlərinə görə, belə bir sxem də mövcuddur ki, misal üçün Dubaydan yüzə yaxın telefon alaraq onları müxtəlif tanışların adına göndərirlər və ölkəyə gələndə həmin malları rahat şəkildə əldə edirlər. İndiyə qədər mövcud olan limitə görə, hər bir Azərbaycan vətəndaşı ayda 1000 manata qədər dəyəri olan malları xaricdən rüsum ödəmədən sifariş edə bilərdi. Dubaydan qayıdan sahibkar tanışların adına göndərdiyi telefonları toplayaraq satışa çıxarmaq imkanına malik idi.

"Hazırda vəziyyət dəyişib. Əgər mən mobil telefon gətirirəmsə, hər bir cihazın qeydiyyatı üçün 70-100 manat ödəməliyəm. Bu isə ona gətirib çıxaracaq ki, mənim gətirdiyim mobil telefonun satış qiyməti rəsmi distribütorun satış qiymətindən baha olacaq" — deyə həmsöhbətimiz bildirib.

Yekun etibarilə, mobil telefon gətirərkən boşluqdan istifadə edən biznesmenlər avtomatik olaraq bu bazarda oyundan çıxırlar. "Bununla da sözügedən bizneslə məşğul olan sadə insanların əhəmiyyətli hissəsi sıradan çıxıb" — deyə sahibkar bildirib. 

Yeni Azərbaycan Partiyasının loqotipi, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
YAP-dan qiymət artımına reaksiya: "Bu dəyişikliyi..."

Onun fikrincə, bütün bunlar ona aparıb çıxaracaq ki, bazarda yalnız iri firmalar qalacaq. Onlar isə mobil telefon, ilk növbədə isə iРhone mobil cihazlarının satış bazarında inhisarçılıq yaratmaqla məşğul olacaqlar.

"Sentyabrda iРhone gətirən distribütor meydana çıxacaq və o, qiymət fərqində nəzərəçarpacaq dərəcədə qazanmağa başlayacaq. O, xaricdən 941 dollara iРhone – Х telefonu alacaq və onu ən aşağısı 1200 dollara satacaq" — deyə həmsöhbətimiz proqnozlaşdırıb.

Onun sözlərinə görə, bu, elektron ticarətə də zərbə vuracaq, çünki saytlara sifariş verənlər üçün əlavə 100-150 manat da qoşulma üçün lazım olacaq.

Bununla da əhali elektron poçtla mobil telefon sifariş etmək gəlirindən məhrum olur.

"Ola bilsin ki, yaxın iki ildə mobil telefon bazarındakı vəziyyət kompüter və planşetlərdə də təkrar olunacaq" — həmsöhbətimiz proqnozlaşdırır.

Nəticədə o alınır ki, rəsmi dilerlərin satdıqları mobil telefonların qiymətləri əhali üçün artmayacaq, birbaşa Dubaydan və digər ölkələrdən ucuz qiymətə mobil qurğu almaq istəyənlər isə daha artıq pul ödəməli olacaqlar.

Mobil telefonların qeydiyyatının yeni tarifləri: 

Dövlət İqtisadiyyat Universitetinin professoru Elşad Məmmədov - Sputnik Azərbaycan
Tarif Şurasının qərarı digər sahələrdə qiymət artımına səbəb olacaqmı - ekspert şərhi

NK-nin sözügedən qərarına görə foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazların qeydiyyata alınmasına görə 20 manat dövlət rüsumu ödənilir və mobil cihazın bazar qiyməti 100 ABŞ dollarından çox olmadıqda tətbiq olunur.

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi internet saytında marka və modeli, habelə bazar qiyməti yerləşdirilməyən mobil cihazların qeydiyyata alınmasına görə 20 manat dövlət rüsumu ödənilir.

Bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 30 manata, bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 50 manat, bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına, qədər olduqda – 60 manat, bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda – 70 manat, bazar qiyməti 701 ABŞ dollarından 1 000 ABŞ dollarına qədər olduqda – 100 manat.

Qiyməti 1001 dollardan yuxarı olan yeni mobil qurğular üçün maksimal tarif 150 manat təşkil edir.

Xəbər lenti
0