Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Tarif Şurasının qərarı digər sahələrdə qiymət artımına səbəb olacaqmı - ekspert şərhi

© Sputnik / Murad OrujovDövlət İqtisadiyyat Universitetinin professoru Elşad Məmmədov
Dövlət İqtisadiyyat Universitetinin professoru Elşad Məmmədov - Sputnik Azərbaycan
Abunə olmaq
Professor Elşad Məmmədov deyir ki, Azərbaycanda inflyasiya təklif sahəsindəki problemlər, inhisarçılıqla bağlıdır

Elşad Məmmədov: “Digər sahələrdə də qiymət artımı baş verəcək”
“Qiymət artımının digər sahələrdə də baş verməsi gözləniləndir”. Bunu Sputnik Azərbaycan-a Tarif Şurası tərəfindən ictimai nəqliyyatdan istifadə qiymətlərinin artırılmasının təsirlərini şərh edərkən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyib.

Ekspert bildirib ki, bu qiymət dəyişikliyi inflyasiyanın ciddi şəkildə artmasına səbəb olmayacaq: “Son vaxtlar ölkəmizdə inflyasiyanın artmasının qarşısının alınması üçün Mərkəzi Bank və digər dövlət qurumları sərt pul-kredit siyasətini keçirməklə apardılar. Bu yolla da inflyasiyanın qarşısı alındı. Ancaq bu iqtisadi artımın yüksəlməsinə mane oldu. Azərbaycanda inflyasiya təklif sahəsindəki problemlər, inhisarçılıqla bağlıdır. Bu qiymət artımından sonra, digər sahələrdə də müəyyən dərəcədə qiymət artımı baş verəcək”.

Qeyd edək ki, iyulun 30-da Tarif (qiymət) Şurasının növbəti iclasında ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0