Doxsan yaşlı kişi özündən 50 yaş kiçik arvadını və 8 yaşlı oğlunu axtarır

© Sputnik / Rahim MuradovPolis şöbəsi
Polis şöbəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Lənkəran polisi 90 yaşlı qocanın arvad-uşağının hara və niyə getdiyinə aydınlıq gətirib

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 2 avqust — Sputnik. Lənkəranda ana və onun azyaşlığı uşağı itkin düşüb. Bu barədə Sputnik Azərbaycan-a Lənkəran rayon Polis İdarəsindən məlumat verilib.

Rayonun Bilyasar kəndinin sakini Xalıqov Səttar Şirəli oğlu ailəsinin yoxa çıxdığı barədə polisə müraciət edib. O, bildirib ki, 1982-ci il təvəllüdlü həyat yoldaşı Dövlətova Nüşabə İmaməli qızı və 2010-cu il təvəllüdlü oğlu Elbrus Xalıqov iyulun 20-də evdən çıxıblar və bu günə qədər qayıtmayıblar. 

Araq içən adam - Sputnik Azərbaycan
Arvadını öldürməmək üçün içib polisə zəng etdi

Hüquq-mühafizə orqanları qadın və uşağın itməsi ilə bağlı araşdırmaya başlayıblar və həqiqəti biləndə dəhşətə gəliblər. Məlum olub ki, Səttar Xalıqovun 86 yaşı var. O, 1932-ci il təvəllüdlüdür. Arvadı isə ondan 50 yaş balacadır. Amma kişinin yaş həddi ona uşaq əkməyə mane olmayıb.

Məlum olub ki, qadın bu kişidən bezdiyi üçün qaçmağa məcbur olub. Nüşabə Dövlətova hazırda uşağı ilə birlikdə sağ-salamatdır və qohumlarının evindədir.

Polis qeyd edib ki, belə böyük yaş fərqi olanların nikaha girməsi sözügedən regionda nadir hadisə deyil.

Xəbər lenti
0