BAKI, 7 iyul — Sputnik. Vladivostokda yerli sakin polisə zəng edərək onu həbs edərək, polis bölməsinə aparmalarını istəyib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, o, bunu, arvadını öldürmək istəyi ilə əlaqələndirib.
Polisə müraciət edən şəxs sərxoş olduğunu bildirib. Daha sonra polis bölməsinə onun həyat yoldaşı zəng edib və ərinin onu əlindəki bıçaqla öldürəcəyi ilə bağlı hədələdiyini bildirib. Hadisə yerinə gələn polis zəng edən şəxsin istəyini yerinə yetirib və onu polis bölməsinə aparıb.
Sərxoş şəxsə qarşı “ölümlə təhdid etmək” faktı ilə bağlı cinayət işi başladılıb.