Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Görəsən, mən itsəm, necə axtararlar - Yeni kabusumuz yaranıb

CC0 / Arcaion / The FogMeşədə duman
Meşədə duman - Sputnik Azərbaycan
Abunə olmaq
Yaxud günün həssas nöqtəsi: Uşaq gələcəkdə öz şəkillərini görəndə nə düşünəcək?

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 31 iyul — Sputnik. Ötən həftə Nabranda 3 yaşlı İsmayıl Novruzov naməlum şəkildə itkin düşmüşdü. Azyaşlı uşağın itməsi sosial şəbəkələrdə geniş müzakirə obyektinə çevrilmişdi. Kimi uşağın valideynlərini günahlandırırdı, kimi isə hotel sahibini.

Вид на горы с Агсуинского перевала - Sputnik Azərbaycan
HADİSƏ
Daha bir vətəndaşımız dağlıq ərazidə itkin düşüb

Uşaq tapılandan sonra üz-gözü cızılmış vəziyyətdə fotolarının çəkilib paylaşılması da şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmamışdı. Çox adam bu paylaşımların uşağın psixologiyasına, gələcək həyatına zərbə vuracağını iddia edir, şəbəkələrdə belə paylaşımların edilməsini düzgün addım kimi qiymətləndirmirdi.

Sputnik Azərbaycan sosial şəbəkələrdə müzakirə edilən bu mövzu ilə bağlı deyilənlər, yazılanlar, ehtimallarla bağlı mütəxəssislərin fikirlərini öyrənib. Psixoloq Fərqanə Mehmanqızı bildirib ki, uşağın şəklini sosial şəbəkədə paylaşıb, müxtəlif fikirlər yazmaq düzgün deyil: "Çünki o, şəxsiyyətin formalaşması dövründə yetərincə stress yaşayıb. Videolarda görünür ki, uşaq qorxub və nə baş verdiyini anlamır".

"Kütlə melonxolikliyə meyllidir. Bir xəstə uşaq üçün yardım kampaniyası keçirilir, hamı gedib onunla şəkil çəkdirib paylaşır. Belə hadisələrə daha çox diqqətin ayrılması cəmiyyət arasında bu kimi hadisələri də artırır. Məsələn, elə adamlar ola bilər, baxıb düşünə bilərlər ki, "görəsən, mən itsəm, məni necə axtararlar". Camaat bu kimi hadisələri sakitliklə qarşılamağı bacarmalıdır" – psixoloq əlavə edib.

Mehmanqızının sözlərinə görə, hər hansı bir hadisədə əgər söhbət uşaqdan gedirsə, şəkili az çəkilməli, az paylaşılmalıdır: "Çünki bu, gələcəkdə onun üçün müəyyən problemlərə yol aça bilər. Eyni zamanda gecəni qaranlıqda meşədə keçirmiş bir uşağın üzərinə insan axınının getməsi də onun psixologiyası üçün dəhşətli zərbədir. Çünki o, nə baş verdiyindən xəbərsizdir".

"Fotolarda uşağın baxışlarındakı qorxunu hər kəs görür. Uşaqla belə davranmaq olmaz" — deyən psixoloq hər kəsi belə hadisələr zamanı diqqətli olmağa çağırıb.

Hüquqşünas Asif Abdullayev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu məsələ artıq ictimailəşib: "Valideynləri uşağın şəkillərinin paylaşılmasına, çəkilməsinə heç bir narazılıq etmədiyi üçün uşağın şəklinin çəkilməsi və paylaşılmasında heç bir qanun pozuntusu yoxdur".

"Bu hadisə təbii ki, uşağa təsir göstərir. Nəinki balaca uşaq, böyük adam belə, meşədə gecəni keçirsə, özünü yaxşı hiss etməz. Düşünürəm ki, uşaq nə vaxtsa bu şəkillərini görəndə, keçirdiyi həmin gecəni xatırlayacaq. Yaxşı olardı ki, uşaqla həkim-psixiatr və ya psixoloq məşğul olsun" – deyə hüquqşünas qeyd edib.

Улица Низами – одна из оживленных улиц в центре Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Böyük həyəcana səbəb olmuş hadisənin izi ilə: Cəmiyyət kimi günahkar hesab edir?

Uşaq hüquqlarının müdafiəsi üzrə hüquqşünas Rafiq Alışov da məsələ ilə bağlı Sputnik Azərbaycan-a açıqlama verib. O bildirib ki, uşağın itməsinə, həmçinin sosial şəbəkədə fotolarının paylaşılmasına görə valideynləri məsuliyyət daşıyırlar: "Əgər gələcəkdə bu hadisənin təsirindən uşağın sağlamlığında hər hansı bir xoşagəlməz hal baş verərsə, günahkarı valideyndir".

Aslanov onu da qeyd edib ki, uşaqların nəzarətsiz buraxılması İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə tənzimlənir: "Məcəllənin 189-cu maddəsində qeyd edilir ki, yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə xəbərdarlıq edilir və ya qırx manatdan altmış manatadək məbləğdə cərimə edilir".

"Eyni zamanda 189.1-ci maddəsində nəzərdə tutulmuş əməllər yetkinlik yaşına çatmayanların baxımsız qalmasına səbəb olduqda altmış manatdan yüz manatadək məbləğdə cərimə edilir" – deyə hüquqşünas vurğulayıb.

Xəbər lenti
0