Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Daha bir vətəndaşımız dağlıq ərazidə itkin düşüb

© Sputnik / Murad OrujovВид на горы с Агсуинского перевала
Вид на горы с Агсуинского перевала - Sputnik Azərbaycan
Abunə olmaq
FHN itkin düşnüş şəxsin axtarışlarına başlayıb

BAKI, 25 iyul — Sputnik. Zaqatalada bir nəfər itkin düşüb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat verilib.

24 iyul 2018-ci il tarixində axşam saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 1982-ci il təvəllüdlü İbrahimov Qurban İbrahim oğlu 21 iyul 2018-ci il tarixində Zaqatala rayonunun Car kəndi yaxınlığındakı dağlıq ərazidə naməlum şəraitdə itkin düşüb.

Q.İbrahimovun axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasedici dəstəsi, kinoloqları və xüsusi təlim keçmiş itləri, Aviasiya dəstəsinin "Mi-17" helikopteri cəlb olunub.

Xəbər lenti
0