Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Savuşkin: "Rusiyada Bali və Qoanı tanıyırlar, qonşu ölkələri yox"

© Sputnik / Irade JELILГлавный редактор канала "Большая Азия" Сергей Савушкин
Главный редактор канала Большая Азия Сергей Савушкин - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər vurğulayıblar ki, region ölkələrinin əhalisi arasında bir-biriləri barədə hərtərəfli informasiyaya malik deyil

BAKI, 27 iyul – Sputnik. Xəzəryanı ölkələrin rəhbərlərinin sammiti, ekspert birliyi və media arasında qarşılıqlı əlaqələri, həmçinin Xəzər regionu ölkələrinin vətəndaşlarının qarşılıqlı maarifləndirilməsi məsələsində aktual məsələlər Sputnik Azərbaycan-ın multimedia mətbuat mərkəzində "Rusiya – Azərbaycan – Xəzər dənizi: Ancaq yaxşı xəbərlər" dəyirmi masasında müzakirə olunub.

Müzakirələr "Böyük Asiya" telekanalının baş prodüseri və "bigasia.ru" resursunun redaktoru Sergey Savuşkinin eyni adlı tele və internet layihələrinin təqdimatı ilə başlayıb.

"Sosial araşdırmalar göstərib ki, Rusiya auditoriyası Qoa, Bali kimi populyar turist marşrutlarını yaxşı tanıyır, lakin Azərbaycan da daxil olmaqla qonşu ölkələri pis tanıyır" — deyə Savuşkin qeyd edib. 

Официальный представитель министерства иностранных дел России Мария Захарова - Sputnik Azərbaycan
Rusiya XİN: Azərbaycana qarşı qarayaxma kampaniyası ilə bağlı nəsə etmək lazımdır

Onun sözlərinə görə, məhz informasiya, xüsusilə pozitiv informasiya çatışmazlığı müxtəlif fobiyaların, biznesin aparılması üçün müxtəlif maneələrinin yaranmasına səbəb olur.

Baş redaktorun fikrincə, bununla yanaşı Rusiyada vətəndaşlar artıq anlamağa başlayırlar ki, Rusiya Asiyanın ən böyük ölkəsidir. Rusiya Federasıyasının ərazisinin 72%- Asiyada keçirilir)

"Bizim maraq dairəmizə Asiya ölkələri və orada baş verənlər daxildir. Bütün əsas dinləri, ən böyük dağı, ən böyük çökəkliyi, ən əhəmiyyətli kəşflərin Asiyada olduğunu bilməyimizə baxmayaraq, bizim Asiya qitəsi az öyrənilib" — deyə ekspert qeyd edib.

Ekspert bildirib ki, "Böyük Asiya" layihəsinin əsas konsepsiyası və hədəfləri, əsasən, maarifləndirmə — Asiya ölkələrindən insanların necə yaşamasından bəhs edir. 

Federika Moqerini - Sputnik Azərbaycan
QARABAĞ
Avropa İttifaqından "son dərəcə vacib" Dağlıq Qarabağ çağırışı

"Xəbərləri nəzərdən keçirəndə görürük ki,  ümumi xəbərlərin 70%-i neqativ, yerdə qalan 30% isə neytral və pozitiv əlaqələrdir. Neqativ xəbəri həmişə satmaq asandır. Bizim məqsəd isə insanları yalnız pozitiv xəbərlərlə məlumatlandırmaqdır" — deyə Savuşkin qeyd edib.

O vurğulayıb ki, neqativ informasiya ilə "münasibət qurula bilməz" və bu, o anlama gəlir ki, əlaqələr qurmaq və diqqət cəlb etmək üçün müsbət kontent hazırlamaq lazımdır.

Ekspert əlavə edib ki, layihə Azərbaycan üçün meydança yarada bilər – Respublika haqqında həftədə iki dəfə veriliş hazırlaya bilər və istənilən şəxs bu layihəyə qoşula bilər.

"Biz Rusiya ərazisini Azərbaycan xəbərlərinə təqdim edirik, qapıları açırıq" — deyən Savuşkin, eyni zamanda vurğulayıb ki, hazırlanan material redaktədən keçməyəcək və hazırlandığı formada izləyicilərə təqdim olunacaq.

Öz növbəsində, postsovet məkanın öyrənilməsi üzrə İnformasiya Mərkəzinin direktoru Darya Çijova vurğulayıb ki, ən pozitiv xəbər Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması ola bilər.

Hələ SSRİ-nin dağılmasından bəri Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı baryerlərin olduğunu vurğulayan ekspert deyib ki, hazırda belə bir sənədin imzalanması şansları olduqca yüksəkdir. 

Премьер-министр Армении Никол Пашинян - Sputnik Azərbaycan
Paşinyan Rusiya hərbçilərinə münasibətini açıqladı

"Son on ildə Xəzəryanı ölkələr resursların işlənməsi üzrə infrastruktura investisiya yatırılması və geniş miqyaslı nəqliyyat dəhlizlərinin yaradılması məsələsində birgə səylər göstərirlər" — deyə Çijova qeyd edib.

Çijova vurğulayıb ki, bunlarla yanaşı, investisiya yatırımlarının analizi geniş anlamda maraqların hasilatdan daşımalara keçdiyini göstərir.

"Eyni zamanda xarici investisiyalar mənbələrinin mərhələli şəkildə Qərb şirkətləri, Cənubi-Şərqi Asiya şirkətlərindən regionlararası investisiyalarına keçməsi tendensiyası müşahidə olunur. Kapital, əmək resursları, təbii resurslar, nəqliyyat-tranzit texniki potensial artıq böyük həcmdə "beşliyin" özü tərəfindən idarə olunur" — deyə mərkəzin direktoru bəyan edib.

O hesab edir ki, gələcək konvensiya yeni inkişaf mərhələsi üçün bir şansdır: "Bu, bir sıra problemlərin həllini də asanlaşdıracaq. Çünki region ölkələrinin ikitərəfli əlaqələrindən fərqli olaraq çoxtərəfli münasibətləri daha operativdir və bu da problemlərin daha operativ həllinə səbəb olacaq".

Çijovanın fikrincə, konvensiyanın imzalanması, həmçinin hazırda region ölkələrinin potensialına cavab verməyən ticarət sahəsinin də pozitiv mənada dəyişməsinə səbəb olacaq. 

Вид на оккупированный город Агдере, Азербайджан - Sputnik Azərbaycan
QARABAĞ
Dağlıq Qarabağla bağlı kağız üzərində qalan qərar

"Nəticədə əməkdaşlığın inkişafı Xəzər regionu ölkələrin iqtisadiyyatının neft və qaz sektorlarını şaxələndirməyə imkan verəcək. Ölkələr arasında ticarət dövriyyəsinin artırılması, həmçinin xammaldan asılılıq problemini aradan qaldırmağa imkan verəcək" — deyə o bildirib.

Politoloq Zaur Məmmədov da, eyni zamanda Rusiya, Qazaxıstan və Azərbaycan gəncləri arasında ən yaxın ölkələr barədə məlumatın olmamasına diqqət çəkib: "Artıq 90-cı illər deyil, Sovet İttifaqı yoxdur, ölkələr arasında əlaqələr qurmaq lazımdır. Təəssüflər olsun ki, bu gün üç ölkənin gənclərinin inteqrasiyasından danışmaq lazım olmur"

O, həmçinin Xəzərin hüquqi statusuna dair konvensiyanın imzalanmasının mümkünlüyünü vurğulayaraq qeyd edib ki, bu proses artıq uzun müddətdir ki, davam edir və bu sazişin imzalanmasının yenidən ləngiməsi yaxşı heç nə ilə nəticələnməyəcək.

Xəbər lenti
0