BAKI, 12 iyul — Sputnik. Avropa Komissiyasının vitse-prezidenti, xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tərəflərini ilkin şərtlər olmadan danışıqlara çağırıb.
Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının diplomatiya xidməti, Federika Moqerini və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilmiş görüşdən sonra açıqlama yayıb.
"Bu kontekstdə tərəflərin Minsk Qrupunun həmsədrlərinin himayəsi altında ilkin şərtlər olmadan tam şəkildə danışıqlarda iştirak etməsi son dərəcə vacibdir" — deyə Mogerini qeyd edib.
Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) Ermənistanda növbəti seçkilərin təşkili və onların monitorinqinin aparılmasında yardım etməyə hazırdır.