BAKI, 26 iyul — Sputnik. Gümrüdə Rusiya hərbi bazasının mövcudluğu bizim milli maraqlarımıza cavab verir. Sputnik Ermənistan xəbər verir ki, bunu "Exo Moskva"ya müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
"Baza Ermənistan Respublikasının təhlükəsizlik sisteminin önəmli bir hissəsidir. Çünki bizim razılaşmamız var və bu razılaşmaya əsasən hərbi bazanın konkret öhdəlikləri var" — deyə Paşinyan qeyd edib.
Baş nazirin sözlərinə görə, hərbi bazanın fəaliyyəti ilə bağlı heç bir problem yoxdur.
Paşinyan müsahibədə, Rusiya sərhədçiləri məsələsinə də toxunub. Onun sözlərinə görə, rus sərhədçilər İran və Türkiyə ilə sərhədi qoruyur: "Bu Ermənistana olduqca lazımdır. Bizim Silahlı Qüvvələrimiz bu öhdəlikdən azad olunub".
O, bəyan edib ki, Rusiya hərbçilərinin ölkədən çıxarılmasından söhbət getmir.