Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda prokuror həbs olundu - Cinayətin miqyası böyüyür

© Sputnik / Anar MustafaevBaş Prokurorluq
Baş Prokurorluq - Sputnik Azərbaycan
Abunə olmaq
Onun barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib və təcridxanaya köçürülüb

BAKI, 27 iyul — Sputnik. İki gün öncə özü vəzifəsindən, böyük köməkçisi isə, tamamilə xidmətdən uzaqlaşdırılan İsmayıllı rayon prokuroru Ülvi Abbasov saxlanılıb. Sputnik Azərbaycan "Qafqazinfo"ya istinadən xəbər verir ki, Ü.Abbasovun barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib və o, təcridxanaya köçürülüb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya faktı təsdiqləyib.

Zakir Qaralov, Azərbaycan Respublikasının baş prokuroru - Sputnik Azərbaycan
HADİSƏ
Prokuror vəzifədən, köməkçisi isə sistemdən kənarlaşdırıldı - Korrupsiya

Qeyd edək ki, Baş Prokurorluq ötən gün İsmayıllı rayon prokuroru Ülvi Abbasovun tutduğu vəzifədən azad edilməsi, onun böyük köməkçisi Faiq Quliyevin isə həbs edilməsi barədə məlumat yayıb. Həmin məlumatda qeyd ounur ki, İsmayıllı rayon prokurorunun böyük köməkçisi Faiq Quliyevin qanunsuz əməlləri barədə daxil olmuş vətəndaş müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. Araşdırma zamanı F.Quliyevin xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar "İsmayıllı Tikinti-27" ASC-nin idarə heyətinin sədri Azad Əliyevdən sonuncuya məxsus qum-çınqıl karxanasının fəaliyyəti ilə bağlı aparılmış araşdırmanın nəticəsində barəsində cinayət işinin başlanmaması üçün, yəni edəcəyi qanunsuz hərəkətlərə görə 14 iyul 2018-ci il tarixdə, İsmayıllı rayon prokurorluğunun inzibati binasında külli miqdarda pul vəsaitini rüşvət kimi şəxsən A.Əliyevdən almasına əsaslı şübhələr müəyyən edildiyindən Baş prokuror tərəfindən F.Quliyev barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq zamanı F. Quliyevin 17-18 iyul tarixlərində Qalib Süleymanova məxsus karxananın fəaliyyəti ilə bağlı aparılmış araşdırma zamanı sonuncunun cinayət məsuliyyətinə cəlb olunmaması müqabilində İsmayılli rayon Prokurorluğunun inzibati binasında ondan külli miqdarda rüşvət almasına da əsaslı şübhələr müəyyən edilib. F. Quliyevin rayon Prokurorluğunda olan xidməti otağına baxış keçirilərkən seyfdə rüşvət kimi aldığı pul vəsaiti aşkar edilərək maddi sübut kimi götürülüb. İş üzrə F. Quliyevə Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məhkəmə hakiminin çəkici. Arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Rüşvətxor məhkəmə hakimləri cəzalandırılıb

Aparılmış xidməti yoxlama zamanı İsmayıllı rayon prokuroru Ülvi Abbasov və prokurorun böyük köməkçisi Faiq Quliyev tərəfindən vətəndaşlarla qeyri-prosessual münasibətlərə daxil olmaqla xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edilməklə "Prokurorluq haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanunlarının, Baş Prokurorluq üzrə müvafiq əmrlərin, eləcə də "Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Etik Davranış Kodeksi"nin tələblərinin kobud şəkildə pozulması hallarına yol verilməsi müəyyən edilib. Eyni zamanda, istintaqın hərtərəfli, tam və obyektiv aparılmasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası baş prokurorunun 25 iyul 2018-ci il tarixli əmri ilə F. Quliyev prokurorluq orqanlarından xaric edilib, rayon prokuroru Ü. Abbasov isə vəzifədən azad olunub.

Hazırda iş üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti
0