BAKI, 25 iyul — Sputnik. Uzun müddətdir ki, Tbilisi prospektində keçidin pilləkəninin yanında yaşayan Akif Əliyev xəstəxanaya yerləşdirilib. Sputnik Azərbaycan xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Akif Əliyevin vəziyyəti ilə maraqlanıb. Hazırda o 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
A.Əliyevin müayinə və müalicədən sonra sığınacağa yerləşdiriləcəyi gözlənilir.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov qeyd edir ki, vətəndaşına qayğı dövlət siyasətində başlıca yer tutur: "Nazirlik olaraq ictimaiyyətlə birgə bu sahədə səylərimizi artırmalıyıq. Bütün xoşagəlməz halların qarşısını almağa çalışmalıyıq. İnanıram ki, səylərimiz nəticə verəcək".
Xatırladaq ki, Sputnik Azərbaycan Akif Əliyevin acınacaqlı vəziyyəti barədə məlumat vermişdi.