12:00 13 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0251
  • EUR1.9117
Akif Əliyev

"Yəqin ki, qısa zamanda öləcəyəm, məni qocalar evinə yerləşdirin..."

© Sputnik / Irade CELIL
CƏMİYYƏT
Qısa URL
852 0 0

Ömrünün son günlərini yaşayan qoca son arzusunu dilə gətirir

BAKI, 25 iyul — Sputnik. 62 yaşlı Akif Əliyev Tbilisi prospektində yerləşdirən yerüstü keçidin pilləkəninin üstündə gecələyir. Sputnik Azərbaycan xəbər verir ki, Akif Əliyev 8 aydır bu ərazidə yaşayır.

Əməkdaşımıza dediyinə görə, bu günə qədər onunla jurnalistlərdən başqa kimsə maraqlanmayıb: "Gəlirlər, çəkirlər. Biri də şəxsiyyət vəsiqəmi aparıb. Arada heç nə yoxdur. Heç bir qurum mənim vəziyyətimlə maraqlanmır" — o bildirir.

A.Əliyev 1996-cı ildə Bakıya gəlib. Əvvəllər Ukrayna və Yunanıstanda yaşadığını və hazırda Yunanıstanda yaşayan Afina adlı bir qızı olduğunu bildirir. Hazırda o, qocalar evinə yerləşdirilməyi arzulayır.

"Şəkər xəstəsiyəm. Ayaqlarım da tutulub. Yəqin ki, tez bir zamanda öləcəyəm. Xahiş edirəm, məni qocalar evinə yerləşdirsinlər" — deyir sahibsiz qoca.

Sputnik Azərbaycan Akif Əliyevlə bağlı geniş reportaj təqdim edəcək.

Əlaqədar

Qocalar yaddaşlarını niyə itirir: Alimlər bunun çarəsini tapıblar
Qocaman balıqçı narahatdır: Xəzərdə balıq tükənir
Uşaq ikən qocalanlar: Onlara sahib çıxmasaq...
Qocalar evində yanğın oldu, ölən var
Qocalar evi yandı, 20-dən çox ahıl xəsarət aldı
Teqlər:
Akif Əliyev, qoca, xəstə, qocalar evi

Əsas mövzular