Cocuq Mərcanlıdan olan uşaqlar üçün Göygöldə yay məktəbi təşkil olunub

© Sputnik / Musa MuradlıCocuq Mərcanlıdan olan məcburi köçkün uşaqlar Göygöldə yay məktəbində olublar
Cocuq Mərcanlıdan olan məcburi köçkün uşaqlar Göygöldə yay məktəbində olublar - Sputnik Azərbaycan
Abunə olmaq
Seçilmiş 30 məcburi köçkün uşaq və yeniyetmələrin iştirakı ilə Göygöl Olimpiya İdman Kompleksində 3 günlük yay məktəbi təşkil olunub

BAKI, 20 iyul — Sputnik. "İnci" Məcburi Köçkün Qadınlar İctimai Birliyi "Cəbhə bölgəsində yaşayan məcburi köçkün uşaq və yeniyetmələrin sosial inteqrasiyası məqsədilə yay məktəbinin təşkili" layihəsini həyata keçirir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirilən layihənin əsas məqsədi cəbhəyanı bölgələrdə yaşayan uşaq və yeniyetmələrin ictimai fəallığını artırmaq, asudə vaxtının səmərəli təşkili ilə sosial inteqrasiyası və təhsilə marağını təbliğ etməkdir.

“Aztəminatlı ailələrdən olan uşaqlar üçün şəxsi inkişaf məqsədilə təlimlərin keçirilməsi” adlı layihənin yekunları - Sputnik Azərbaycan
VİDEO
Uşaqların şəxsi inkişafı üçün mühüm addım

Sputnik Azərbaycan xəbər verir ki, layihə çərçivəsində "Sosial fəaliyyət və effektiv komunikasiya" mövzusunda Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Biləsuvar rayonunu ərazisində Böyük Mərcanlı kəndlərində, Füzuli rayonu Zobucuq- 3 məcburi köçkün qəsəbəsində, Ağdam rayonunun Quzanlı qəsəbəsində uşaqların və pedoqoji heyətin iştirakı ilə seminarlar keçirilib. 

Seminarlar başa çatdıqdan sonra seçilmiş 30 məcburi köçkün uşaq və yeniyetmələrin iştirakı ilə 15-17 iyul 2018-ci il tarixdə Göygöl rayonunda yerləşən Göygöl Olimpiya İdman Kompleksində 3 günlük yay məktəbi təşkil olunub.

Yay məktəbinin açılışında təşkilatın sədri Jalə Teymurlu bildirib ki, yay məktəbində Azərbaycanın rəşadətli ordusu tərəfindən işğaldan azad edilmiş Cocuq Mərcanlıda təhsil alan uşaqların da iştirak etməsi əlamətdar hadisədir: "Bu, bizi çox qürurlandırır. Hesab edirəm ki, bu yay məktəbi ucqar məcburi köçkün qəsəbələrində və kəndlərində yaşayan uşaq və yeniyetmələrin şəxsi inkişafına, sosiallaşmasına stimul verəcək, həyata fərqli baxış və liderlik bacarıqlarını inkişaf etdirəcək, təhsilə marağının artmasına şərait yaradacaq.

© Sputnik / Musa MuradlıCocuq Mərcanlıdan olan məcburi köçkün uşaqlar Göygöldə yay məktəbində olublar
Cocuq Mərcanlıdan olan məcburi köçkün uşaqlar Göygöldə yay məktəbində olublar - Sputnik Azərbaycan
1/3
Cocuq Mərcanlıdan olan məcburi köçkün uşaqlar Göygöldə yay məktəbində olublar
© Sputnik / Musa MuradlıCocuq Mərcanlıdan olan məcburi köçkün uşaqlar Göygöldə yay məktəbində olublar
Cocuq Mərcanlıdan olan məcburi köçkün uşaqlar Göygöldə yay məktəbində olublar - Sputnik Azərbaycan
2/3

3/3

"Eyni zamanda məcburi köçkün uşaqları və yeniyetmələri arasında sosial fəaliyyətlərin keçirilməsi uşaqlar arasında əməkdaşlıq əlaqələrinin güclənməsinə, sosial inteqrasiyanın həyata keçirilməsinə, zərərli vərdişlərdən uzaq olmasına və yeni dostlar qazanmasına imkan yaradacaqdır" — J.Teymurlu əlavə edib.

Layihə çərçivəsində ekspert Zaur Quliyev tərəfindən uşaq hüquqları-hüquq və vəzifələr, fərdi inkişaf, kommunikasiya və ünsiyyət, məcburi köçkün icmalarında gender münasibətləri, sağlam həyat tərzinin təbliği, narkomaniya və zərərli vərdişlərlə mübarizə məsələləri müzakirə edilib. Eyni zamanda uğur qazanmış idmançılarla, gənclərlə yay məktəbinin iştirakçılarının görüşləri təşkil olunub, müxtəlif qrup işləri, rol oyunları keçirilib. Müxtəlif məcburi köçkün rayonlarından ibarət qrupların könüllü həyata keçirməyi planlaşdırdıqları layihə təkliflərinin təqdimatları olub.

Həmçinin iştirakçıların Göygöl Tarix Diyarşünaslıq Muzeyinə, H.Əliyev muzeyinə, Gənclər Mərkəzinə, Göygöldəki Alman Kilsəsinə və Göygöl Milli parkına səfərləri, maraqlı idman yarışları və üzgüçülüklə səmərəli asudə vaxtları təşkil olunub.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Xəbər lenti
0