Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Uşaqların şəxsi inkişafı üçün mühüm addım

Abunə olmaq
Tural Məmmədov: "Məqsədimiz onların cəmiyyətimiz üçün faydalı işlər görən insanlara çevrilmələrinə stimul yaratmaq idi”

Bu gün “Biosfer” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Aztəminatlı ailələrdən olan uşaqlar üçün şəxsi inkişaf məqsədilə təlimlərin keçirilməsi” adlı layihənin yekunları ilə bağlı mətbuat konfransı keçirilib.

Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində baş tutan tədbiri giriş sözü ilə açan layihənin rəhbəri Tural Məmmədov bildirib ki, sözügedən layihə cari ilin may-iyun-iyul aylarını əhatə edib: “Bizim məqsədimiz uşaqların, xüsusilə aztəminatlı ailələrdən olan uşaqların şəxsi inkişafına yardım etmək, onların müəyyən bilik-bacarıqlara sahib olmalarına dəstək vermək və gələcəkdə cəmiyyətimiz üçün faydalı işlər görən insanlara çevrilmələrinə stimul yaratmaq idi”.

Xəbər lenti
0