Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Metyu Brayza: "Artıq Trampın impiçmenti tələb olunur"

© AP Photo / Salvatore Di NolfiМетью Брайза, фото из архива
Метью Брайза, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sabiq səfir: "Prezidentlərin görüşü son 4 ildə Rusiyaya qarşı Transatlantik birliyin təzyiqini azaltmaq istəyən Vladimir Putin üçün qələbə idi"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 18 iyul — Sputnik. İki gün öncə Finlandiyanın paytaxtı Helsinkidə Rusiya və ABŞ prezidentləri Vladimir Putin ilə Donald Tramp arasında baş tutan görüş hələ də dünyanın gündəmini zəbt edir. ABŞ prezidentinin görüşdən sonra mətbuat konfransında səsləndirdiyi fikirlər onun ölkəsi və Avropada birmənalı qarşılanmayıb.

ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin birgə mətbuat konfransı. Finlandiya, Helsinki, 16 iyul 2018-ci il - Sputnik Azərbaycan
TƏHLİL
Rusiyada əminlik yoxdur: Tramp Putinə verdiyi sözü hər an dəyişə bilər

Rəsmilər və ekspertlərin əksəriyyəti Trampın rusiyalı həmkarı ilə görüşü zamanı zəif təsir bağışladığını və rəsmi Vaşinqtonun Moskva qarşısında yetərincə sərt mövqe sərgiləmədiyini düşünürlər. Hətta vəziyyət o yerə çatıb ki, ABŞ prezidentin impiçmentə göndərilməsinə dair çağırışlar da səsləndirilməyə başlayıb.

Sputnik Azərbaycan əməkdaşı məsələ ilə bağlı ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza ilə həmsöhbət olub.

- Sabiq səfir kimi ABŞ və Rusiya prezidentləri Donald Tramp ilə Vladimir Putin arasında baş tutan ilk təkbətək görüşü necə dəyərləndirirsiniz? Sizin gözləntiləriniz doğruldumu?

— Bu, mənim həyatım boyu gördüyüm, ABŞ prezidentinin keçirdiyi ən pis görüşü idi. Görüşün özünün keçirilməsi faktı Rusiyanın Ukrayna və Krım hadisələrinə görə son 4 ildə Transatlantik birliyin təzyiqini azaltmaq istəyən Vladimir Putin üçün qələbə idi. Prezident Tramp qarşılığında Rusiyadan heç nə almadan prezident Putinə bu diplomatik hədiyyəni etməklə danışıqlarda böyük səhv etdi.

Bundan əlavə, müzakirələrdən sonra iki prezidentin iştirak etdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərdən belə anlaşılır ki, prezident Putin ustacasına ABŞ-dan olan sadəlövh və təcrübəsiz həmkarını təsiri altına salıb. Hətta ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq rəhbəri Con Brennan Trampın mətbuat konfransında səsləndirdiyi bəzi fikirlərin "ağır cinayətlər və yanlış hərəkətlər" anlayışlarını da aşdığını, bunun xəyanətdən başqa bir şey olmadığını vurğulayıb. Bu isə ABŞ prezidentinə qarşı impiçmentin tətbiq olunması ilə nəticələnə bilər.

Doğurdan da ABŞ-ın bəzi nüfuzlu siyasətçiləri Trampın Helsinkidəki məhz bu davranışlarına görə ona impiçmentin elan olunmasını istəyirlər. Trampın narahatedici davranışlarından birinə nümunə olaraq onun ABŞ prezidentinin rəhbərlik etdiyi ABŞ kəşfiyyat orqanlarından daha çox prezident Putinə güvənməsi barədə səsləndirdiyi fikri olub.

Qısası, mən bu görüşün ABŞ, onun müttəfiqləri və dostları üçün xoşagəlməz keçəcəyini gözləyirdim. Çox təəssüflər olsun ki, Helsinkidə baş tutan görüş mənim bu mənfi gözləntilərimi daha da artırdı. Mən, həmçinin ehtiyat edirəm ki, təkbətək görüş zamanı Tramp Krımı Rusiyanın tərkib hissəsi kimi tanıyacağına razılıq verə biləcəyini də bildirib. Düzdür, bu razılıqla bağlı hər hansı bəyanat səsləndirilməyib, lakin Trampın Ukraynanın şərqində davam edən hərbi əməliyyatlarla bağlı prezident Putinə ümumiyyətlə təzyiq göstərməməsi məhz rəsmi Moskva üçün olduqca önəmli idi.

Президент РФ В. Путин встретился в Сочи с главой Сирии Б. Асадом - Sputnik Azərbaycan
RUSİYA
Putin gözlənilən açıqlamanı verdi

Prezident Putin amerikalı həmkarı Donald Trampla görüşdən sonra özünü daha rahat hiss edə bilər. Tramp – Putinin görüşünün nəticəsi olaraq Rusiya Cənubi Qafqaz da daxil olmaqla, region ölkələrində hibrid hərbi əməliyyatlar aparmaq şansı əldə etdi.

- Fikrinizcə, tərəflərdən hansı daha çox bu görüşün baş tutmasında maraqlı idi?

— Hər iki prezident belə bir görüşün baş tutmasında maraqlı idi. Daha əvvəl də qeyd etdiyim kimi, prezident Putin bu görüşü Rusiyanı "cəza qutusundan" (hokkey oyununda olduğu kimi) çıxarmaq və Qərb bloku ilə münasibətlərini bərpa etmək baxımından mühüm hesab edirdi. Məhz ona görə Putin görüşdən sonra mətbuat konfransında vurğuladı ki, Rusiya və ABŞ-ın dünyadakı problemləri həll etmək üçün birgə işləməyə dair öhdəliyi var. Bu sözlər gözəl səslənsə də, hesab edirəm ki, səmimi deyildi.

Tramp da öz növbəsində bu görüşü çox istəyirdi. Prezident Trampın fikrincə, o, möcüzəli şəxsiyyətdir və bu, ona təkbaşına Putinlə üzbəüz görüş zamanı ABŞ ilə Rusiya arasında fikir ayrılıqlarını aradan qaldırmağa imkan verəcək. Prezident təkəbbürünün bu yüksək forması ABŞ-ın Rusiya ilə problemlərinin əsasında duran əsas faktları görməməyi ilə nəticələnir. Bu faktlara isə Ukraynada baş verən prosseslər, həmçinin Rusiyanın ABŞ və Qərbi Avropa siyasi sistemlərinə qarşı yeritdiyi siyasət daxildir.

- Həm Putin, həm də Tramp baş tutan danışıqları yüksək dəyərləndirib. Bu, Rusiya ilə ABŞ arasında münasibətlərin bərpası anlamına gəlirmi? Sözügdən görüşün nəticələri dünya üçün necə olacaq?

— Helsinkidə Trampın səsləndirdiyi fikirlərə ABŞ və Avropada reaksiya o qədər güclü oldu ki, mən düşünürəm, bu görüş son nəticədə ABŞ – Rusiya əlaqələrində daha böyük gərginliyin yaranması ilə nəticələnəcək.

Xəbər lenti
0