BAKI, 17 iyul — Sputnik. "Rusiya hakimiyyəti heç vaxt ABŞ-ın daxili siyasətinə təsir etməyə cəhd etməyib. Rusiya bir dövlət kimi heç vaxt ABŞ-ın daxili işlərinə müdaxilə etməyib".
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin "Fox News" telekanalına müsahibəsində bildirib. O, həmçinin vurğulayıb ki, ABŞ prezidenti Donald Trampla görüşdən sonra çox şey yaxşılığa doğru dəyişib.
"Görüşümüz zamanı çox şey yaxşılığa doğru dəyişdi… Bu, yaxşı başlanğıcdır" — deyə Putin bildirib.
Qeyd edək ki, dünən Rusiya və ABŞ prezidentləri Vladimir Putin ilə Donald Tramp arasında təkbətək görüşü olub. Görüşü planlaşdırılandan artıq — 2 saat 10 dəqiqə çəkib.
Danışıqlarda Rusiya və ABŞ prezidentlərinin iki ölkə arasındakı münasibətlərin perspektivlərini və aktual beynəlxalq məsələləri müzakirə etdikləri bildirilir.