Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İdman ictimaiyyətində şok effekti yaradan hadisəyə aydınlıq gətirildi

© © Foto Ə.Həmzəyev tərəfindən təqdim olunubFutvole üzrə beynəlxalq turnirdə iştirak edən braziliyalı idmançılar
Futvole üzrə beynəlxalq turnirdə iştirak edən braziliyalı idmançılar - Sputnik Azərbaycan
Abunə olmaq
Baş katib: "Yarışda Pakistan Futnet Federasiyasının prezidenti Seyid Uluhassan Alirza şəxsən özü iştirak edib"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 18 iyul — Sputnik. 14-15 iyul tarixlərində Bakıda futnet üzrə beynəlxalq turnir keçirilib. Səkkiz ölkənin komandaları ilə yanaşı Azərbaycan yığmasının da mübarizə apardığı turnirdə bir çox saxtakarlıqlar edildiyi iddia olunur.

Belə ki, öncədən yarışda Braziliya yığmasının iştirak edəcəyi deyilsə də, yarış boyu bu komandanı görən olmayıb. Eyni zamanda, iddia olunur ki, Rusiya komandasının tərkibini tamamlamaq üçün azərbaycanlı futzalçı, hazırda Yüksək Liqada mübarizə aparan "İtaldizain" klubunun üzvü, çimərlik futbolu yığmamızın oyunçusu Elvin Quliyevin əyninə Rusiya yığmasının formasını geyindiriblər.

© © Foto Ə.Həmzəyev tərəfindən təqdim olunubAzərbaycan Futnet Federasiyasının baş katibi Əfqan Həmzəyev (sağda) və Pakistan Futnet Federasiyasının prezidenti Seyid Uluhassan Alirza (soldan ikinci) Heydər Əliyev beynəlxalq aeroportunda
Azərbaycan Futnet Federasiyasının baş katibi Əfqan Həmzəyev (sağda) və Pakistan Futnet Federasiyasının prezidenti Seyid Uluhassan Alirza (soldan ikinci) Heydər Əliyev beynəlxalq aeroportunda - Sputnik Azərbaycan
Azərbaycan Futnet Federasiyasının baş katibi Əfqan Həmzəyev (sağda) və Pakistan Futnet Federasiyasının prezidenti Seyid Uluhassan Alirza (soldan ikinci) Heydər Əliyev beynəlxalq aeroportunda

Azərbaycan Futnet Federasiyasının daha bir saxtakarlığa yol verdiyi bildirilir. Belə ki, iştirakçı ölkələr arasında Portuqaliyanın adı çəkilsə də, avropalılar Bakıya, ümumiyyətlə gəlməyiblər. Portuqaliya forması ilə İsrail millisinin idmançısı Omri Kohen və iranlı Ali Reza mübarizə aparıb.

© © Foto Ə.Həmzəyev tərəfindən təqdim olunubAnderson Aguino (solda) və Pakistan Futnet Federasiyasının prezidenti Seyid Uluhassan Alirza
Anderson Aguino (solda) və Pakistan Futnet Federasiyasının prezidenti Seyid Uluhassan Alirza - Sputnik Azərbaycan
Anderson Aguino (solda) və Pakistan Futnet Federasiyasının prezidenti Seyid Uluhassan Alirza

Sputnik Azərbaycan iddia edilənlərin nə dərəcədə doğru olub-olmadığına aydınlıq gətirmək üçün Futnet Federasiyasının baş katibi Əfqan Həmzəyevlə əlaqə saxlayıb. Baş katib deyilənlərin həqiqətə uyğun olmadığını bildirib.

"Yarışda iştirak edən komanda 2 üzvdən ibarət olur. Onlar müxtəlif ölkələrin üzvləri ola bilərlər. Həmin idmançıların aralarında razılaşma olur və 1 nömrəli forma geyən idmançının ölkəsinin adı altında idmançılar yarışa qatıla bilirlər" — Həmzəyev vurğulayıb.

"Bizdə də eyni hal baş verdi. Braziliya komandası iştirak edib və uğur da qazanıb. Anderson Aguino və Kaspar Shlebusich adlı idmançılar Braziliyanı təmsil ediblər. Rusiya komandasında Azərbaycan idmançısı iştirak etsə də, komandanın 1 nömrəli oyunçusu Rusiyanın idmançısı olduğu üçün Rusiya komandasını təmsil etməli olub" – o əlavə edib.

Baş katib Pakistan komandasında turistlərin çıxış etməsi ilə bağlı iddialara da aydınlıq gətirib: "Pakistan Futnet Federasiyasının prezidenti Seyid Uluhassan Alirza şəxsən özü iştirak edib. Belə olan halda turist necə yarışda iştirak edə bilərdi? Təbii ki, bu da yanlış məlumatdır. Onların milli komandalarını Abdul Rəşid Balok və Şaqas Kan təmsil edib".

Xəbər lenti
0