BAKI, 18 iyul — Sputnik. "Qarabağ" UEFA Çempionlar Liqasında Sloveniya "Olimpiya"sı ilə I təsnifat mərhələsinin cavab matçına çıxıb.
Sputnik Azərbaycan xəbər verir ki, Sloveniyada keçirilən ilk görüşdə 1:0 hesabı ilə qalib gələn Qurban Qurbanovun yetirmələri Tofiq Bəhramov adına Respublika stadionunda rəqibləqolsuz heç-heçəyə razılaşıblar.
Beləliklə, ilk oyunda qazanılan minimal hesablı qələbə "Qarabağ"ı II təsnifat mərhələsinə daşıyıb. Qeyd edək ki, "Qarabağ" növbəti raunda Albaniyanın "Kukesi" komandası ilə qarşılaşacaq.