Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Mədət Quliyev hərbçilərə cüdo üzrə master-klass keçdi

© Photo : DTX mətbuat xidmətiDTX-nin hərbi hissəsində cüdo idman növü üzrə master-klass
DTX-nin hərbi hissəsində cüdo idman növü üzrə master-klass - Sputnik Azərbaycan
Abunə olmaq
Əsgərlər idmanın müxtəlif növləri üzrə məşğələlərdə hazırlaşır və DTX-nin struktur bölmələri arasında keçirilən yarışlarda müvəffəqiyyətlə iştirak edirlər

BAKI, 18 iyul — Sputnik. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev hərbçilərə cüdo üzrə master-klass keçib.

© Photo : DTX mətbuat xidmətiDTX-nin hərbi hissəsində cüdo idman növü üzrə master-klass
DTX-nin hərbi hissəsində cüdo idman növü üzrə master-klass - Sputnik Azərbaycan
DTX-nin hərbi hissəsində cüdo idman növü üzrə master-klass

DTX-nin ictimai əlaqələr mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, xidmətin hərbi hissələrində hərbi qulluqçuların, o cümlədən əsgərlərin nümunəvi xidməti üçün hərtərəfli şərait yaradılıb. Hərbi hissədə xidməti-döyüş fəaliyyəti müvafiq qanunvericiliyin, habelə Azərbaycan Respublikası Silahlı Qüvvələrin Nizamnamələrinin tələbləri əsasında təşkil olunur, hərbi qulluqçulara nəzəri-praktiki, sıra və fiziki hazırlıq dərsləri keçirilir, ümumən şəxsi heyətin peşəkarlıq vərdişləri real döyüş şəraitinə uyğunlaşdırılır. Əsgərlər idmanın müxtəlif növləri üzrə məşğələlərdə hazırlaşır və DTX-nin struktur bölmələri arasında keçirilən yarışlarda müvəffəqiyyətlə iştirak edirlər.

Dövlət Təhlükəsizliyi Xidmətinın rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant, cüdo üzrə idman ustası Mədət Quliyev və DTX-nin məsul əməkdaşı, Olimpiya çempionu, beynəlxalq dərəcəli idman ustası Elnur Məmmədli hərbi hissənin idman kompleksində cüdo idman növü üzrə əsgərlər üçün növbəti master-klass keçib.

Xəbər lenti
0