Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Mundialın gözlənilməz finalı – Mütəxəssislər hansı proqnoz verir?

© Sputnik / Anton Denisov / Mediabanka keçidDÇ-2018 oyunu
DÇ-2018 oyunu - Sputnik Azərbaycan
Abunə olmaq
"Bilirdim ki, bu komanda heç də dünya çempionatının ən güclülərindən deyil"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 14 iyul — Sputnik. Sabah futbol üzrə Dünya Çempionatının final mərhələsidir. Artıq yarımfinalda və finalda qarşılaşacaq komandaların da adları məlum olub. Xorvatiya İngiltərəni, Fransa isə Belçikanı məğlub edərək finalda oynamaq şansı əldə edib.

Futbol mütəxəssisləri Dünya Çempionatının gedişatında baş verənləri Sputnik Azərbaycan-a şərh ediblər.

Komanda.az saytının baş redaktoru Rəşad Ergün bu dünya çempionatının bir çox proqnozu alt-üst etdiyini deyib: "Kim gözlərdi ki, Almaniya, İspaniya, Braziliya kimi komandalar mübarizəni erkən dayandıracaq? Və ya Lionel Messili Argentinanın qrup mərhələsini zorla adlayıb, 1/8 finaldan evə qayıdacağını neçə insan proqnozlaşdırırdı? Mən Argentinaya azarkeşlik edirdim. Bilirdim ki, bu komanda heç də dünya çempionatının ən güclülərindən deyil. Amma qrup mərhələsini güc-bəla ilə keçəcəyini, 1/8 final mərhələsində dayanacağını da düşünmürdüm".

Rusiya-Xorvatiya matçı, arxiv şəkli - Sputnik Azərbaycan
Dünya Çempionatı mütəxəssisin gözü ilə: “Yarış sürprizlərlə dolu idi”

R.Ergün çempion kimi gördüyü komandanın adını da açıqlayıb: "Finala vəsiqə qazanan Fransanın elə həmin Argentina ilə oyununa baxanda isə bu komandanın DÇ-2018-i qazanmağa ən real namizəd olduğunu anladım. Fransızlar AÇ-2016-da da çox güclü idilər, amma onda finalda Portuqaliyaya uduzmuşdular. Bu dəfə isə finaldakı rəqib Xorvatiyadır. Xorvatların əla komandası var, ancaq mən Fransanın çempion olacağını düşünürəm. Üçüncü yer isə yəqin ki, ingilislərin olacaq".

Futbol şərhçisi Elnur Məmmədli isə Fransanın öncədən mundialın əsas favoritlərindən sayıldığını xatırladıb: "Komanda çox güclü heyətə malikdir. Ehtiyat oyunçular skamyasında oturan futbolçular da istənilən oyunun taleyini dəyişə biləcək səviyyədədirlər. Xorvatiya qrup mərhələsində Argentina üzərində parlaq qələbədən sonra göstərdi ki, dünya çempionatının gizli favoritidir".

E.Məmmədli finalda Fransaya üstünlük verir: "Deşamın komandası taktiki cəhətdən çox ağıllı oynayır və komandada parlaq ulduzlar var. O ki qaldı 3-cü yer uğrunda mübarizəyə, bu görüşün gərgin keçəcəyini düşünmürəm. Komandalar yarımfinalda uduzduqdan sonra bu oyuna həvəssiz çıxırlar. Hətta ola bilər ki, Belçika və İngiltərə bəzi aparıcı futbolçularını bu oyunda meydana buraxmasın".

"Neftçi" Futbol Klubunun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev İspaniyanın Dünya Çempionatının qalibi olmasını istədiyini bildirib: "Amma heyət baxımından baxanda bilmək olurdu ki, Fransa millisi çox güclüdür. Eyni zamanda, son illər komandanın göstərdiyi nəticələrə baxaraq proqnoz vermək olardı ki, Xorvatiya da finala kimi irəliləyə bilərlər. Xorvatiyanın və Fransanın finala çıxması məni təəccübləndirmədi. Bir sözlə, həm Fransa komandası, həm də Xorvatiya millisi finalda oynamağa layiqdir".

"O ki qaldı İngiltərə və Belçika komandalarına, İngiltərə məni heyrətləndirə bildi. Düşünürdüm ki, ingilislər ən çoxu 1/4 finala kimi gələ biləcəklər. Düşünürəm Belçika komandası İngiltərə yığmasına əzmkarlığı ilə qalib gələcək" – R.Allahverdiyev deyib.

Xəbər lenti
0