Vüqar Zeynalov: “Finalın bir addımlığında heç kim uduzmaq istəməz”
“Xorvatiya-İngiltərə oyununda şanslar bərabərdir”. Bunu Azerisport.com saytının direktoru Vüqar Zeynalov Rusiyada keçirilən futbol üzrə dünya çempionatının yarımfinal mərhələsi haqqında Sputnik Azərbaycan-a danışarkən deyib.
“İstəyərdim ki, Xorvatiya-İngiltərə oyununda Xorvatiya qalib gəlsin. Dünya çempionatında yeni komandanın qalib gəlməsini istəyərdim. Həm də Xorvatiyanın oyunu daha maraqlıdır. Xarici mütəxəssislər son oyunda Xorvatiyanın yorğun olmasını qeyd edirlər. İngilislər uzun müddətdən sonra dünya çempionu olmaq istəyirlər. Xorvatiya isə indiyə qədər qızıl medala bu qədər yaxın gəlməmişdi. Finalın bir addımlığında heç kim uduzmaq istəməz” — deyə o bildirib.
Bu gün keçiriləcək İngiltərə-Xorvatiya oyununun qalibi DÇ-nin növbəti finalçısını müəyyənləşdirəcək.
Vüqar Zeynalovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz