BAKI, 10 iyul — Sputnik. 1878-ci il iyulun 10-da Londondakı futbol oyunlarından birində hakimlik polis nəfərinə tapşırılır. Oyunda dava düşəndə polis heç düşünmədən fit çalır. Qorxuya düşən oyunçular davaya son qoyurlar. O vaxtdan hakimlər meydançaya fitlə çıxırlar.
Həmin vaxta qədər hakim meydandan kənarda otururdu və oyunçular ona müraciət etdikdə onların mübahisələrini həll edirdi. O zaman hakim rolunu futbol azarkeşləri öz üzərinə götürürdülər.