Azərbaycan və Türkiyə prezidentləri arasında təkbətək görüş olub

© Official website of President of Azerbaijan RepublicAzərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan, Bakı, 10 iyul 2018-ci il
Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan, Bakı, 10 iyul 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb

BAKI, 10 iyul — Sputnik. Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub. Sputnik Azərbaycan xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Rəcəb Tayyib Ərdoğan Fəxri xiyabanda - Sputnik Azərbaycan
Rəcəb Tayyib Ərdoğan Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Türkiyə prezidentinə raport verib. Prezident İlham Əliyev və prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Türkiyə prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Türkiyənin və Azərbaycanın dövlət himnləri səslənib. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib. Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Rəcəb Tayyib Ərdoğana, Türkiyə nümayəndə heyətinin üzvləri isə prezident İlham Əliyevə təqdim olunub.

Rəsmi qarşılanma mərasimindən sonra İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüşü olub. Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib.

Həmçinin, iki ölkə arasında əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə inam ifadə olunub. Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti
0