Rəcəb Tayyib Ərdoğan Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

© Photo : AZƏRTACRəcəb Tayyib Ərdoğan Fəxri xiyabanda
Rəcəb Tayyib Ərdoğan Fəxri xiyabanda - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə prezidenti şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklil qoyub

BAKI, 10 iyul — Sputnik. Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Heydər Əliyev hava limanında, 10 iyul 2018-ci il - Sputnik Azərbaycan
Türkiyə prezidenti Bakıdadır

Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb. Ali qonaq görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarları üstünə də gül dəstələri qoyub.

Daha sonra Rəcəb Tayyib Ərdoğan Şəhidlər xiyabanını ziyarət edib. Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Türkiyə rəhbəri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib.

Ali qonaq "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub. Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Türkiyənin və Azərbaycanın dövlət himnləri səslənib. Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Sonra Türkiyə prezidenti Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklil qoyub, şəhidlik kitabəsinin üstünə gül dəstələri düzüb. Ali qonaq Xatirə kitabına ürək sözlərini yazıb.

Xəbər lenti
0