CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ələsgərəm, hər elmdən halıyam

Abunə olmaq
Aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub.

BAKI, 9 iyul — Sputnik. Aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub. 

Azərbaycan xalq şeirinin ən böyük nümayəndələrindən və bu şerin ən uca zirvələrini fəth edən sənətkarlardandır. Aşıq poeziyasını bol həyati müşahidələrlə zənginləşdirib, həm məzmun, həm forma rəngarəngliyi, həm də saf, duru xalq dilindən istifadə baxımından Aşıq Ələsgər Azərbaycan, ümumən türk şeirinə misilsiz xidmətlər göstərib. 

Təcili tibbi yardım - Sputnik Azərbaycan
HADİSƏ
Məşhur azərbaycanlı aşıq vəfat etdi

O bir sıra görkəmli aşıqlardan dərs alıb, özündən sonra gələn aşıqlara qüvvətli təsir göstərib. Demək olar ki, aşıq yaradıcılığının bütün sahələrinə müraciət edib və Azərbaycan ədəbiyyatında boyük iz buraxıb. 

O, ilk şerlərini də yeniyetməlik çağlarında aşıqların, xalq sənətkarlarının təsiri ilə söyləyib. Ələsgər Aşıq Alının şəyirdi olub.

Bir müddət ustad yanında şəyirdlik edən Ələsgər aşıqlıq sənətinin sirləri ilə bərabər, ədəb və mərifət qaydalarını da öyrənib. Aşıq Alı onu tamam hazırlayandan sonra bir toy məclisində Ələsgərlə deyişib və şəyirdinin şöhrətini qaldırmaq, onu el içində ucaltmaq məqsədilə özünü qəsdən məğlub edərək sazını qalib tərəfə — Ələsgərə təslim etmək istəyib. Ələsgər isə böyük təvazökarlıq hissi ilə ustadının qarşısında baş əyib, ona öz ehtiramını bu sözlərlə ifadə edib:

Bir şəyir ki, ustadına kəm baxa,

Onun gözlərinə qan damar, damar.

Aşıq Ələsgər bütün Cənubi Qafqazda, Dağıstanda, bir sıra türkdilli xalqlar arasında şöhrət qazanmışdı.

Aşıq Ələsgərin səsi, nəfəsi, mənəvi-əxlaqi zənginliyi kimi zahiri görkəmi də aşıqlıq sənəti üçün biçilmişdi. Müasirlərinin dediyinə görə o, ucaboy, enlikürək, bədəncə sağlam, qüvvətli imiş. Qara gözləri, qalın çatma qaşları, dolu sifəti, iri burnu varmış. Əyninə uzun ətəkli arxalıq, üstündən çuxa, ayağına məst geyər, başına buxara papaq qoyarmış. Başını təmiz qırxdırıb saqqal saxlarmış. Sazı sol əli ilə çalar, sağ əlini pərdələr üzərində gəzdirər, zil nazik səsi ilə çox şirin və məlahətli oxuyarmış.

Bu keyfiyyətlər onu Azərbaycanın hər yerində şöhrətləndirib, ustad bir sənətkar kimi məşhurlaşdırıb. Tezliklə aşığın ətrafına çoxlu şəyirdlər toplaşmış, Ələsgər onlara aşıqlıq sənətinin sirlərini başa salmış, saz tutub söz deməyi öyrədib. Bu aşıqların çoxu sonralar görkəmli sənətkar kimi tanınıb məşhurlaşıblar. Ustad özü şerlərinin birində çoxlu şəyirdlər yetişdirməsini xatırlayaraq iftixarla deyirdi:

Aşıq Molla Cümə - Sputnik Azərbaycan
Xalq Cümhuriyyətinin tərəfdarı olduğuna görə qətl edilmiş aşıq

Adım Ələsgərdi, mərdi-mərdana,

On iki şəyirdim işlər hər yana.

Azərbaycanın müxtəlif bölgələrində toylara aşıq kimi də dəvət olunub.

O 1926-cı ildə 105 yaşında vəfat edib.

Aşığın ölümündən sonra Azərbaycan folklorçuları onun əsərlərini toplayıb yazıya alaraq nəşr ediblər. 1972-ci ildə Aşıq Ələsgərin anadan olmasının 150 illiyi Azərbaycanın hər yerində böyük təntənə ilə qeyd olunub, bu münasibətlə Azərbaycan Elmlər Akademiyası tərəfindən onun əsərlərinin ikicildlik elmi nəşri hazırlanıb və çap edilib.

Xəbər lenti
0