Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Xalq Cümhuriyyətinin tərəfdarı olduğuna görə qətl edilmiş aşıq

© Photo : Public DomainAşıq Molla Cümə
Aşıq Molla Cümə - Sputnik Azərbaycan
Abunə olmaq
Aşıq Molla Cümə 98 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin qızğın tərəfdarı olduğu üçün qətlə yetirilib

BAKI, 4 may — Sputnik. 1920-ci il mayın 4-də aşıq, şair Molla Cümə (1854-1920) vəfat edib.

Molla Cümə 1854-cü ildə Şəki qəzasının Göynük mahalının Layisqi kəndində doğulub. Bəzi mənbələrə görə, aşıq Azərbaycan Xalq Cümhuriyyətinin qızğın tərəfdarı olduğu üçün öldürülüb. Təxəllüsü "Molla" olsa da, heç vaxt mollalıq etməyib. Bu təxəllüs ona savadlı olduğu üçün verilib. Molla Cümənin dəqiq elmi tərcümeyi-halı heç bir mənbədə yoxdur. Onun həyatı haqqında ən səhih mənbə şeir və dastanlarıdır. Molla Cümənin anadan olma tarixi indiyə qədər təxmini qeyd edilib. XX əsrin əvvəllərində aşıq əldə olan bütün şeirlərini bir yerə yığıb səliqə ilə köçürüb və oğlu Həsənə verib. 

Aşıq Veysələ həsr edilmiş Doodle - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Google-dan Aşıq Veysələ böyük jest

Onun digər bir şerindən Şəki rayonunun Layisqi kəndində anadan olduğu və ömrünün sonuna qədər burada yaşadığı aydınlaşır. O, əsasən qoşma, gəraylı və müxəmməslər yazıb. Aşığın şeirlərinin mövzusu bəşəri, saf, təmiz, ülvi məhəbbət, yaşadığı dövrdə qarşılaşdığı ziddiyyətlər, ictimai bərabərsizliklər, islam dəyərləri və s. ibarət olub.

Molla Cümənin əksər şeirlərində İsmi Pünhanın adı çəkilir, bir çox şeirləri də İsmi Pünhana müraciətlə yazılıb. İsm-ad, Pünhan-gizli deməkdir. Nədənsə Molla Cümə şeirlərində sevgilisinin adını gizlədib. Bununla bağlı çoxlu rəvayətlər mövcuddur. Bir rəvayətə görə aşığın sevgilisi öz zəmanəsində çox dindar bir adamın qızı olub. El-oba onu müqəddəs hesab eləyib. Ona görə də aşıq onun adını çəkməyib.

Molla Cümə gəncliyindən başlayaraq ustad sənətkarların ədəbi irsini dərindən öyrəndiyi üçün onun yaradıcılığı getdikcə zənginləşmiş və orijinallıq kəsb edib. Belə ki, o, özündən əvvəlki poeziyanın bəzi xüsusiyyətləri ilə səsləşən əsərlər yaratmış və onlara oxşamalar yazmışdır. Ən başlıcası isə o, özünə qədər deyilməyən fikirləri böyük ustalıqla müxtəlif şəkildə təcəssüm etdirib.

Xəbər lenti
0