Rusiya ABŞ-a zərbə endirdi, münasibətlər getdikcə kəskinləşir

© Sputnik / Aleksandr Kondratyuk / Mediabanka keçidRusiyada kombinat, arxiv şəkli
Rusiyada kombinat, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-ın başladığı ticarət müharibəsinin gedərək böyüyəcəyi təqdirdə qlobal ticarət xərclərinin 2 trilyon dolları aşacağını qeyd edir

BAKI, 6 iyul — Sputnik. Rusiya hökuməti bir sıra malların tariflərini artırmaqla ABŞ-a qarşı məhdudlaşdırıcı gömrük rüsumlarının tətbiqini təsdiqləyib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın İqtisadi İnkişaf Nazirliyi məlumat yayıb.

Qərarı Rusiyanın baş naziri Dmitri Medvedyev imzalayıb.

Rus hərbçiləri təlim zamanı, arxiv şəkli - Sputnik Azərbaycan
Rusiya Uraldan o yana tam müdafiəsizdir, müharibəyə hazır deyil

Məhdudiyyətlər tikinti və yol texnikası, neft-qaz və metallurgiya sahəsində avadanlıqlara, həmçinin optik xətlərə şamil olunacaq. Gömrük rüsumları 25-40 faiz aralığında dəyişəcək. Rüsumlardan əldə olunacaq əlavə gəlirlər il ərzində 87,6 milyon dollar təşkil edəcək.

Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkinin sözlərinə görə gömrük rüsumları analoqları Rusiyada istehsal olunan mallara şamil ediləcək.

Qeyd edək ki, ABŞ hökuməti Çindən idxal edilən 34 milyard dollar dəyərində olan 800-dən çox məhsula 25 faizlik əlavə gömrük vergisinin tətbiqinə rəsmən start verib. Beynəlxalq media Tramp administrasiyasının bu addımını "ticarət müharibəsinin rəsmi olaraq başlanması" kimi təqdim edir.

Beynəlxalq kredit qiymətləndirmə təşkilatı "Fitch Ratingsin" hesabatında ABŞ-ın başladığı ticarət müharibəsinin gedərək böyüyəcəyi təqdirdə qlobal ticarət xərclərinin 2 trilyon dolları aşacağını qeyd edir.

Xatırladaq ki, ABŞ ilə Çin arasında ticarət müharibəsinin başlanğıcı olaraq Tramp hökumətinin mart ayında polad və alüminiuma 25 faiz əlavə gömrük rüsumları tətbiq etməsi ilə başlayıb.

Xəbər lenti
0