BAKI, 3 iyul — Sputnik. Uraldan şərqdə yerləşən Rusiya əraziləri ABŞ, Yaponiya və Çin təhdidləri qarşısında müdafiəsizidir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "War Is Boring" nəşri məlumat yayıb.
Amerika nəşrinin iddiasına görə, Rusiyada son illər Silahlı Qüvvələrin modernləşməsi üzrə əhəmiyyətli işlər görülüb, lakin buna baxmayaraq o heç də bütün boşluqları doldurmayıb.
"Rusiyada hərbi islahatlar qeyri-bərabər həyata keçirilib və ona görə də ölkənin müdafiəsində əhəmiyyətli boşluqlar var. Bu isə Rusiyanı daha böyük müharibələrə pis hazırlaşdığını göstərir" — deyə "War Is Boring" nəşri bildirib.
Nəşr bu yazısında Rusiyanın "Hərbi-Sənaye kuryeri" qəzetinə istinad edir. Qəzet yazısında qeyd edir ki, "Əgər Uraldan qərbə ölkənin müdafiəsi son dərəcə qənaətbəxş şəkildə təmin edilibsə, Uraldan şərqdə vəziyyət tamamilə fərqlidir".
Həmin materialda Şərq hərbi dairəsinin texnikası "muzey antikvarı" ilə müqayisə olunur. Nəşr yazır ki, Rusiya üçün ən böyük təhlükə son illər hərbi gücü dəfələrlə artan Çindir.
Uralda şərqdə Rusiya ərazilərini qorumaq üçün yeni hərbi texnikanın – tanklar, hərbi-nəqliyyat və yanacaq təyyarələrinin əraziyə cəlb olunması tövsiyə olunur.