BAKI, 6 iyul — Sputnik. “Qarabağ” futbol klubunda yeni mövsüm üçün hazırlıqlar davam edir.
Sputnik Azərbaycan “Qarabağ” klubunun facebook səhifəsinə istinadən xəbər verir ki, klub daha bir futbolçu transfer edib. Məlumata görə, klub braziliyalı qolkiper Vaqner da Silva ilə müqavilə imzalayıb. 32 yaşlı qolkiper müqavilə üzrə Belçika "Muskron"una məxsus olsa da, 2017-ci ilin yanvarından icarə əsasında Portuqaliya "Boavişta"sında çıxış edib.
Qeyd edək ki, "Qarabağ" bir neçə gün öncə qapıçı mövqeyinə Danimarka "Randers"indən İslandiya millisinin üzvü Hannes Tur Halldorssonu transfer edib.
https://www.facebook.com/FKQarabagh/