CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Elektrik böhranının "möhür vurduğu" acı reallıq: Belə vəziyyətdə dərdimizi kimə deyək?

© Sputnik / Fuad HasanovТакси в Баку
Такси в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Müştərilər xidmətindən istifadə etdikləri taksi şirkətlərinə dəfələrlə şikayət etsələr belə, yenə "köhnə hamamdır, köhnə tas"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 5 iyul — Sputnik. Ölkədə elektrik enerjisinin verilişində yaranmış fövqəladə vəziyyətlə əlaqədar olaraq Bakı metrosunun dünən günün birinci yarısında fəaliyyət göstərməməsi paytaxt sakinlərini nəqliyyat çatışmazlığı ilə üz-üzə qoydu. Bakı Nəqliyyat Agentliyinin (BNA) iş rejimini gücləndirməsinə, əksər avtobusların pulsuz xidmət göstərməsinə baxmayaraq, problem böyüdü.

Такси в Баку, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda kütləvi taksi şoku yaşanıb, məsul qurum sərt tədbirlərə əl atacaq

Bu vəziyyət paytaxtda fəaliyyət göstərən taksi şirkətlərinin fəaliyyətinə də ciddi təsir etdi. Belə ki, taksi şirkətlərinin əksəriyyətində həm qiymət artımı, həm də maşın çatışmazlığı müşahidə olundu. Bu da təbii ki, taksi şirkətlərinin xidmətindən istifadə edənlər arasında ciddi narazılığa səbəb oldu.

Təəssüf ki, bu hal ölkədəki taksi şirkətlərinin fəaliyyətində yaranmış ilk problem deyil. Müştərilər zaman-zaman istifadə etdikləri taksi şirkətlərinin xidmətindən haqlı narazılıq edirlər. Baxmayaraq ki, ölkədə, xüsusən də paytaxtda fəaliyyət göstərən taksi şirkətlərinin sayı çoxdur. Həmçinin aralarında ciddi rəqabət gedir.

Taksi istifadəçiləri daha çox xidmətin keyfiyyətinin bərbad olmasından, sürücülərin məsuliyyətsizliyindən, şəhəri tanımamalarından, çağırılan taksinin zamanında gəlməməsindən və s. şikayət edirlər.

Bütün bu problemlərin müqabilində isə, sanki bir cəzasızlıq mexanizmi var. Yəni müştərilərin şikayətlərini dinləyən, bir tədbir görən yoxdur. Müştərilər xidmətindən istifadə etdikləri taksi şirkətlərinə dəfələrlə şikayət etsələr belə, yenə də "köhnə hamamdır, köhnə tas". Nəticədə əlacsız qalmış müştərilər üzləşdikləri problemləri sosial mediada işıqlandırmağa çalışırlar. Ümid edirlər ki, bu yolla problemin həllinə nail ola bilərlər.

Maraqlıdır, taksi şirkətlərinin xidmətlərindən istifadə edən müştərilər hər hansı problemlə üzləşdikdə hansı quruma müraciət etməlidirlər? Ümumiyyətlə taksi şirkətlərinə nəzarəti hansı orqan həyata keçirir? Sputnik Azərbaycan bu və digər sualların cavablarını araşdırmağa çalışıb.

Məhbus, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Taksi sürücüsü Bakıda İsrail vətəndaşı olan turisti soyub

Təlimçi-sürücü, avtomobil eksperti Aqil Rəhimov taksi şirkətlərinin sayının çox olmasını müsbət qiymətləndirir. Hesab edir ki, belə şirkətlərin çoxluğu rəqabəti artırır və nəticədə qiymətlərin aşağı düşməsinə səbəb olur.

"Ancaq rəqabət artdıqca keyfiyyət də artmalıdır. Bizdə isə şirkət sayı artdıqca keyfiyyət aşağı düşür. Şirkətlərin işə qəbul etdikləri sürücülərin əksəriyyəti şəhəri yaxşı tanımır, müştəriyə deyilən vaxtda ünvana çatmırlar. Bu da ona görə baş verir ki, avtomobili olan istənilən şəxs həmin taksi şirkətləri ilə əməkdaşlıq edir. Bu isə doğru hal deyil" — deyə mütəxəssis bildirib.

Onun fikrincə, taksi şirkətlərindəki ən əsas problem təhlükəsizliklə bağlıdır: "Çünki nə sürücünün, nə də sərnişinin təhlükəsizliyi qorunur. Düşünürəm ki, çox sayda şirkətlərin olması vacib məsələdir, amma şirkətlərə ciddi nəzarət edilməlidir. Hər bir sürücü xüsusi treninqlərdən keçməlidir. Əks halda onlara taksi sürücüsü kimi işləməyə imkan verilməməlidir".

A.Rəhimov vurğulayıb ki, Bakı Nəqliyyat Agentliyi (BNA) yaxın günlərdə bu sahədə ciddi yeniliklərə imza atmalıdır: "Onlar taksi şirkətlərində işləmək istəyən bütün taksi sürücülərinin psixoloji durumlarını və sürücülük qabiliyyətlərini yoxlamalıdır. Sürücü ancaq agentliyin yoxlamasından keçdikdən sonra hər hansı bir taksi şirkətində işləyə bilər. Ümid edirəm ki, təklif etdiyim ideya tezliklə həyata keçiriləcək".

Mütəxəssis onu da qeyd edib ki, şirkətlər, həmçinin hər bir müştərinin hüquqlarını qorumalıdır: "Onların təhlükəsizliyini təmin etməlidir. Axı biz sürücünü onlara zəng edərək sifariş edirik. Bu məsələdə şirkətlər öz vəzifələrini, müştərilər isə öz hüquqlarını bilməli və əməl etməlidirlər".

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə bildirib ki, qurum son 2 ilki fəaliyyəti dövründə bu sahədə müəyyən tədbirlər həyata keçirib. Amma BNA hələ də taksi şirkətlərinin işindən razı deyil.

"Bu sahədə bir çox problemlər qalmaqdadır. Eyni zamanda, sərnişinləri də onların fəaliyyəti qane etmir. 141 çağrı mərkəzinə gələn şikayətlərdən bu aydın şəkildə görünür. Biz də şirkətlərin iş keyfiyyətindən razı deyilik. Ona görə də bu sahə üzrə işlər aparırıq. Çalışacağıq ki, yaxın gələcəkdə Bakı şəhər sakinlərinin keyfiyyətli taksi xidmətindən istifadə etməsi üçün şərait yaradaq" — M.Ağayev qeyd edib.

Agentlik rəsmisinin sözlərinə görə, bu gün vahid mərkəzdən idarə edilmə, vahid qiymətin tətbiq edilməsi və digər fərqli təkliflər var: "Biz də bir çox şəhərlərdə tətbiq olunan modelləri müqayisə edirik. Yaxın zamanda Bakı şəhərinə uyğun model tapıb tətbiq etməyə çalışacağıq".

Xəbər lenti
0