Rövşən Binnətli: “Almaniya və Argentinanın olmaması gözlənilmizlik kimi qeyd olunur”
“Dünya Çempionatının 1/4 mərhələsinə yüksələn komandalar gözləntiləri doğrultdu”. Bunu Sputnik Azərbaycan-a Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatının 1/8 mərhələsini şərh edərkən futbol şərhçisi Rövşən Binnətli deyib.
O bildirib ki, favrit qismində adı çəkilən komandalar bu mərhələyə gəlib çıxa bildi: “Bu mərhələd gözlənilməzlik kimi Almaniya və Argentinanın olmaması qeyd olunur. Ötən dünya çempionu və Argentina kimi iddialı komandanın olmaması, həmçinin Portuqaliyanın mübarizəni dayandırması gözlənilmirdi. Amma mübarizəni davam etdirən 8 komandanın da imkanları yüksək qiymətləndirilirdi və onlar bu mərhələyə gəlib çıxıblar”.
Rusiyada keçirilən DÇ-2018-də keçirilən baş tutan iki qarşılaşma ilə 1/8 final mərhələsinə yekun vurulub.
Rövşən Binnətlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz