CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çılpaq şantaj: Bakıda intim foto qadının və polisin baş ağrısına çevrilib

© pixabay / StockSnapSınıq güzgüdə öz əksinə baxan qız, arxiv şəkli
Sınıq güzgüdə öz əksinə baxan qız, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
“Qeyri-qanuni ər” paytaxt sakinini sosial şəbəkələrdə biabır edəcəyini deyərək 23 min manat “qazanıb”

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 5 iyul – Sputnik. İntim şəkil təkcə orada təsvir olunan qadının deyil, hüquq-mühafizə orqanlarının da baş ağrısına çevrilib. Çünki hər gün polisə özünün intim şəkil və videoları ilə şantaj edildiyini deyən insanlar şikayət edir. Şantajçılar öz qurbanlarından intim təsvirləri yaymamağın qarşılığında pul tələb edirlər. Bu barədə Sputnik Azərbaycan-a Xətai rayon Polis İdarəsindən (RPİ) məlumat verilib.

İyulun 3-də Xətai RPİ-nə 1992-ci il təvəllüdlü Q.Q. şikayət ərizəsi ilə müraciət edib. Qadın bildirib ki, o, şantajın qurbanıdır. Əri hesab etdiyi kişi pul almaq üçün onu şantaj etməyə başlayıb. Qadının sözünə görə, o, Aydın Ş. ilə qeyri-qanuni nikahda yaşayıb. 2017-ci ilin avqustunda kişi qadının çılpaq şəklini çəkib. Sonra bəyan edib ki, əgər qadın tələbini yerinə yetirməsə, onun həmin çılpaq fotosunu sosial şəbəkədə yayacaq. Bu yolla “qeyri-qanuni ər” qadının 15 min manat pulunu və 8 min manat dəyəri olan qızıl-zinət əşyasını ələ keçirib. Hazırda polis işin baş vermə şəraitini araşdırır. Hələlik faktla bağlı saxlanılan yoxdur.

Yanğın, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda ağlasığmaz cinayət: Ailənin böyük oğlu anasını və qardaşını yandırdı

Qeyd edək ki, bu, şantaj yolu ilə pul tələb etməyə dair ilk hadisə deyil. Elə bu günlərdə — iyulun 1-də Xətai rayon sakini olan digər bir qadın özünün zəif xarakteri ucbatından şantaja məruz qaldığı barədə polisə şikayət etmişdi. O, evini kirayəyə verdiyi oğlanla eşq macərası yaşamasının bədəlini ağır ödəyib — şantaj nəticəsində özünün daşınmaz əmlakından keçməli olub. 2012-ci ildə o, regiondan gələn Eldar (ad etik qaydalara görə dəyişdirilib) adlı cavan oğlanı evində kirayənişin kimi saxlamağa başlayıb. Bir müddət sonra onların arasında cinsi münasibətlər yaranıb. Bundan sonra ev sahibəsi ilə oğlan arasında dəfələrlə cinsi yaxınlıq olub. Qadınla cinsi əlaqəyə girməklə kifayətlənməyən kirayənişin ev sahibinin bütün ailə sirlərini də öyrənib.

Bir dəfə, qadın təklikdə oğlana onun çılpaq şəkillərini çəkməyə icazə verib. Elə bundan sonra qadına qarşı təhdid və şantaj başlanıb. Kirayənişin qadını onun çılpaq şəkillərini sosial şəbəkədə yayaraq biabır etməklə hədələyib. Susmağının əvəzində şantajçı qadından tələb edib ki, Abşeron rayonu ərazisində olan 2 sot torpaq sahəsini onun adına keçirsin. Zərərçəkmiş qadın sevgilisi və şantajçısının bu tələbini yerinə yetirib. Lakin oğlan bununla sakitləşməyib. Artıq kirayənişin olmayan Eldar bir il sonra Xətai rayon sakinindən 30 min ABŞ dolları tələb edib. Bu dəfə qadın şantajçının hərəkətinə dözməyib və polisə şikayət edib.

Hüquq-mühafizə orqanlarından bildiriblər ki, bu cür şantaj hallarının sayı son vaxtlar həddindən artıq çoxalıb.

Xəbər lenti
0