CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda ağlasığmaz cinayət: Ailənin böyük oğlu anasını və qardaşını yandırdı

CC0 / ernie / flameYanğın, arxiv şəkli
Yanğın, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bakının Xəzər rayonunda ağlasığmaz cinayət baş verib. Qala qəsəbəsinin sakini içində anası və kiçik qardaşının olduğu evi yandırıb.

BAKI, 25 iyun — Sputnik. Bakının Xəzər rayonunda ağlasığmaz cinayət baş verib. Qala qəsəbəsinin sakini Kolosov Vitali Vladimiroviç içində anası və kiçik qardaşının olduğu evi yandırıb.

Bu barədə Sputnik Azərbaycan-a Xəzər rayon Polis İdarəsindən məlumat verilib.

Cinayət iyunun 22-də gecə saat 00:55-də baş verib. Dəmiryol küçəsindəki 4 nömrəli evdə yanğın baş verib. Yanğın nəticəsində 1959-cu il təvəllüdlü Soloveykina Nina İvanovna və onun 16 yaşlı oğlu Soloveykin Vadim Vladimiroviç müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Onların hər ikisi Respublika Yanıq Mərkəzinə aparılıb. Lakin iyunun 24-də Vadim Soloveykin aldığı ağır yanıq xəsarətləri nəticəsində dünyasını dəyişib. Onun anasının vəziyyəti isə hələ də ağır olaraq qalır.

Araşdırmalar zamanı məlum olub ki, Soloveykin ailənin böyük oğlu, 1993-cü il təvəllüdlü Kolosov Vitali Vladimiroviç doğmaları yatarkən evin hər yerinə benzin tökərək ona od vurub.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, Kolosov psixi çatışmazlıqdan əziyyət çəkir və o, psixiatrik xəstəxanada qeydiyyatdadır.

Hazırda faktla bağlı təhqiqat aparılır və cinayətin baş vermə şəraiti araşdırılır.

Xəbər lenti
0