Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Millimizin baş məşqçisi vəfat etdi

© Photo : ATF mətbuat xidmətiƏməkdar məşqçi Əvəz Tağıyev
Əməkdar məşqçi Əvəz Tağıyev - Sputnik Azərbaycan
Abunə olmaq
56 yaşlı məşqçi I Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalçısı, taekvondoçu Ayxan Tağızadənin atası idi

BAKI, 30 iyun — Sputnik. Azərbaycan taekvondo ailəsinə ağır itki üz verib.

Sputnik Azərbaycan xəbər verir ki, bu gün parataekvondo milli yığma komandanın baş məşqçisi, əməkdar məşqçi Əvəz Tağıyev uzun sürən xəstəlikdən sonra vəfat edib. 

Qeyd edək ki, bu ay Bolqarıstanın Plovdiv şəhərində keçirilmiş Avropa çempionatına parataekvondo millimiz onsuz yollanmalı olmuşdu.

56 yaşlı məşqçi I Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalçısı, taekvondoçu Ayxan Tağızadənin atası idi.

Allah rəhmət eləsin!

Xəbər lenti
0