CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Millət vəkilləri də dilə gəldilər: "İnsanlara bu qədər əziyyət vermək olmaz"

© Sputnik / Murad OrujovParlamentin iclası
Parlamentin iclası - Sputnik Azərbaycan
Abunə olmaq
Son günlərin ən qalmaqallı mövzusu parlamentdə ciddi etirazlara səbəb olub

BAKI, 29 iyun — Sputnik. "İki gündür Xırdalan yolunda təmir aparılır. Biz yolun təmir edilməsinin labüdlüyünü anlayırıq. Lakin bir yola görə minlərlə insan yesir vəziyyətdə küçələrdə qalıb".

Bakı-Sumqayıt yolu - Sputnik Azərbaycan
Bakı və Sumqayıt əhalisinin görəcəyi gün qabaqdaymış - Əzablı bir ay başladı

Sputnik Azərbaycan xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında deyib. Onun sözlərinə görə, ictimai nəqliyyat yararlı vəziyyətdə deyil: "Türkiyədə avtobuslar üçün ayrıca yol xətti açılıb. Bizdə isə vaxtında işə çatmaq problemə çevrilib. 1 ildən sonra Bakı fəlakətli vəziyyətdə olacaq. Bir yol bağlanıb əhali zinhara gəlib".

Millət vəkili bildirib ki, bu gün dövlət büdcəsindən metro çəkilişinə vəsait ayrılmalıdır.

Digər millət vəkili Fəzail Ağamalı da son günlərin ən qızğın müzakirə mövzusuna toxunub: "3 gündür ki, "20 Yanvar" dairəsindən Masazıra qədər dəhşətli tıxac yaşanır. Çıxıb bir dilavər jurnalist də deyir ki, guya Bakı-Sumqayıt yolunda çatlar yaranıb. Heç elə bir şey yoxdur".

"Tam məsuliyyətimlə deyirəm ki, o yolda çat yox idi. Hər gün o yoldan istifadə edirəm. Orada təmir işlərinin getməsi insanları narahat edir. Mən bu yaxınlarda Naxçıvanda oldum. Gedib oradan nümunə götürsünlər, yollar ən müasir standartlara cavab verir" — F.Ağamalı vurğulayıb.

Parlament sədri Oqtay Əsədov isə deyib ki, ölkədə yüksək səviyyəli yollar çəkilir: "Mən Binəqədi rayonunun Sulutəpə qəsəbəsində yaşayıram. Bu əziyyətləri mən də çəkirəm. Problem yolun kənarında tikilən evlərlə bağlıdır. O yollar genişləndirilməlidir, bunun üçün də yol kənarındakı bəzi evlər sökülməlidir. İndi bu sahədə iş gedir".

Xəbər lenti
0