CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda hərbi liseylərdə təhsillə bağlı qərar verildi

© AR Ministry of DefenseOrdudan tərxis olunan hərbi qulluqçuların yola salınması mərasimi keçirilib
Ordudan tərxis olunan hərbi qulluqçuların yola salınması mərasimi keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
Liseylərin X sinfinə 15 sentyabr tarixinədək 15 yaşı tamam olmuş və 17 yaşı tamam olmamış IX sinfi bitirmiş oğlanlar qəbul ediləcəklər

BAKI, 29 iyun — Sputnik. Cəmşid Naxçıvanski və Heydər Əliyev adına hərbi liseylərin nizamnamələrində dəyişikliklər edilib.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, Baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən, hər iki təhsil ocağında təhsil müddəti 3 ildən 2 ilə endirilib və ümumi təhsil pilləsinin tam orta (X-XI siniflər) təhsil səviyyəsini əhatə edəcək.

Bundan əlavə, liseylərin X sinfinə 15 sentyabr tarixinədək 15 yaşı tamam olmuş və 17 yaşı tamam olmamış IX sinfi bitirmiş oğlanlar qəbul ediləcəklər.

Gənc qız, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Bakıdakı türk liseyinin şagirdini intim fotolarla şantaj ediblər

Liseylərə daxil olmaq üçün namizədlərin seçilməsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən onların sağlamlıq vəziyyətinin müayinəsi nəticələrinə əsasən aparılacaq. Liseylərə qəbul biliyin qiymətləndirilməsi üzrə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda namizədlərin əldə etdikləri nəticələrə əsasən həyata keçiriləcək.

Mülki işçiləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində təhsilin təşkilinə cavabdeh olan yuxarı idarəetmə orqanının rəhbəri ilə razılaşdırdıqdan sonra işə qəbul və işdən azad edəcək.

Dəyişikliyə görə, Müdafiə Nazirliyi və hər iki liseyin fəaliyyəti ilə bağlı redaksiya-nəşriyyat işlərini həyata keçirmək təhsil ocaqlarının vəzifələri sırasından xaric edilib.    

Xəbər lenti
0