Ərdoğandan cəmiyyətə sevindirici xəbər: Seçkidən öncəki qərar yerinə yetirildi

© © AA/ Cumhurbaşkanlığı/Murat ÇetinmühürdarTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya ilə sərhəddəki Hatay vilayətində
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya ilə sərhəddəki Hatay vilayətində - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyədə qanun dəyişdi, artıq 20 min lirə müqabilində hərbi xidmət keçməmək mümkündür

BAKI, 27 iyun — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın seçkilərdən əvvəl verdiyi təlimat əsasında bu ölkədə pullu əsgərliklə bağlı işlər yekunlaşıb. Sputnik Azərbaycan Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu qərardan yaralanmaq üçün yaş həddi 26, ödəniş məbləği isə 20 min türk lirəsi (7325 AZN) müəyyənləşib.

Türk ordusunun əsgərləri, arxiv şəkli - Sputnik Azərbaycan
ABŞ "yaşıl işıq" yandırdı, Türkiyə başqa ölkənin ərazisində hərbi baza yaradır

"Yeni Şafak" nəşri yazır ki, bu məbləği ödəyənlər əsgərlik xidməti etməyəcəklər. Məlumata görə, əldə olunan vəsait Türkiyə büdcəsinə gəlir kimi salınmayacaq və birbaşa müdafiə xərclərinə yönəldiləcək.

Pullu əsgərliyin Türkiyədə davam edən terrorla mübarizədə hər hansı bir zəifliyə səbəb olmayacağı bildirilib. Məsələ ilə bağlı Türkiyə Baş Qərargahından da müsbət rəy alındığı qeyd olunub.

Qeyd edək ki, Türkiyədə indiyədək ödənişli hərbi xitmətlə bağlı dörd dəfə qanun qəbul olunub. 1987-ci ildə 18 min 433, 1992-ci ildə 35 min 111 və 1999-cu ildə 72 min 290 nəfər bu qanundan yararlanıb.

Son olaraq 2014-cü ildə pullu əsgərlik qanunu qəbul olunub. Həmin il 27 yaşında olan şəxslər 18 min türk lirəsi qarşılığında əsgərlik çəkmiş kimi sayılır. 2014-cü-ildə 203 min kişinin faydalandığı bu qanun nəticəsində 671 milyon 100 min türk lirəsi vəsaiti toplanıb.

Xəbər lenti
0