ABŞ "yaşıl işıq" yandırdı, Türkiyə başqa ölkənin ərazisində hərbi baza yaradır

© AP Photo / Lefteris PitarakisTürk ordusunun əsgərləri, arxiv şəkli
Türk ordusunun əsgərləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"İbadi yalnız bir neçə bəyanat vermək və Türkiyənin bu hərəkətini pisləməklə kifayətlənib"

BAKI, 25 iyun — Sputnik. Türkiyə İraqın şimalında hərbi baza yaratmağa başlayıb. Sputnik Azərbaycan bu barədə İranın "Fars" xəbər agentliyinə istinadla xəbər verir.

Məlumata görə, İraqın hərbi və təhlükəsizlik məsələləri üzrə eksperti Səfa Əl-Asam baş nazir İbadinin Türkiyəyə qarşı passiv mövqeyini tənqid edib. Əl-Asam ABŞ-ın "yaşıl işıq" yandırması və Bağdad rəhbərliyinin səssizliyi üzündən Türkiyənin İraq ərazisində hərbi baza yaratmasının yolverilməz olduğunu bildirib.

İraqlı mütəxəssis hökumətin, Türkiyə Silahlı Qüvvələrinin Şimali İraqa girməsinə qarşı mövqeyinin passiv olduğunu qeyd edib. O bildirib ki, İbadi yalnız bir neçə bəyanat vermək və Türkiyənin bu hərəkətini pisləməklə kifayətlənib.

Xəbər lenti
0