Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Silikon Vadisindən Azərbaycana gələn var

© AP Photo / Eric RisbergSilikon vadisi
Silikon vadisi - Sputnik Azərbaycan
Abunə olmaq
Riçard Rasmussen ölkəmizdə səfərdədir

BAKI, 26 iyun — Sputnik. ABŞ-ın Silikon Vadisində fəaliyyət göstərən ekspert və sərmayədar, Berkli və Standfor universitetlərində biznesin inkişafı sahəsində mühazirələr oxuyan Riçard Rasmussen Azərbaycanda səfərdədir.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Belarus səfəri - Sputnik Azərbaycan
SİYASƏT
İlham Əliyevin yeni səfəri planlaşdırılır

ABŞ-ın ölkəmizdəki səfirlyindən Sputnik Azərbaycan-a daxil olan məlumata görə, o, iyunun 30-dək davam edəcək səfər çərçivəsində İqtisadiyyat, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin nəzdində fəaliyyət göstərən biznes inkubatorlarının və yerli universitetlərin təmsilçiləri ilə görüşərək biznes sahəsində ekoloji məsələlərin həll olunması barədə müzakirələr aparacaq.

R.Rasmussen həm də "Clean Tech Competition Program Climate Launch Pad National Final" biznes müsabiqəsinin beynəlxalq hakimlərindən biri kimi iştirak edəcək. O, İqtisadiyyat Nazirliyi yanında Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) və İnformasiya və Kommunikasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunda görüşlər keçirərək investisiya siyasətini və Azərbaycan hökumətinin start-up bizneslərinə verə biləcəyi köməyi müzakirə edəcək.

Xəbər lenti
0