SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyevin yeni səfəri planlaşdırılır

© AzərtacAzərbaycan Respublikasının prezidenti İlham Əliyevin Belarus səfəri
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Belarus səfəri - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan prezidenti İlham Əliyevin cari ilin payız aylarında Belarusa planlaşdırılan rəsmi səfəri ilə bağlı fikir mübadiləsi aparılıb

BAKI, 14 iyun — Sputnik. Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov bu ölkənin xarici işlər naziri Vladimir Makey ilə görüşüb. Səfirlikdən Sputnik Azərbaycan-a daxil olan məlumata görə, görüş Azərbaycan ilə Belarus arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlaqədar təşkil edilib.

Голосование на выборах президента Азербайджана - Sputnik Azərbaycan
Belarusun bütün regionlarından Azərbaycan üçün paytaxta axın

Səfir Lətif Qəndilov ötən müddət ərzində iki ölkə arasında münasibətlərin inkişaf etdiyini və strateji tərəfdaşlıq səviyyəsinə çatdığını söyləyib. Bildirib ki, Azərbaycan və Belarus prezidentlərinin dostluq münasibətləri sayəsində ölkələr arasında əlaqələr daha da genişlənir.

"İki xalq qardaşlıq və dostluq münasibətlərini bundan sonra da inkişaf etdirəcək. Azərbaycan ilə Belarus arasında ticari-iqtisadi əməkdaşlıq əlaqələri iqtisadi kooperasiya və əmək bölgüsü istiqamətlərində inkişaf edir. Bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün istifadə olunmamış ehtiyatlar çoxdur" — deyə səfir bildirib.

Lətif Qəndilov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı Belarusun ədalətli mövqeyini yüksək qiymətləndirib, Belarus dövlətinə, xüsusən Prezident Aleksandr Lukaşenkoya dərin minnətdarlığını bildirilib.

V.Makey Azərbaycan ilə münasibətlərin Belarus üçün xüsusi önəm daşıdığını vurğulayıb. O, iqtisadi əlaqələrin genişlənməsini müsbət qiymətləndirərək, Minskdə Azərbaycan Ticarət Evinin (ATE) fəaliyyətindən razılığını bildirib və ATE-də Azərbaycanın aparıcı şirkətlərinin təmsil olunmasının vacibliyini söyləyib. Nazir Belarusun çətin günlərində Azərbaycan tərəfindən göstərilən köməkliyi yüksək dəyərləndirərərk bunun heç vaxt unudulmayacağını vurğulayıb.

Görüş zamanı Azərbaycan prezidenti İlham Əliyevin cari ilin payız aylarında Belarusa planlaşdırılan rəsmi səfəri ilə bağlı fikir mübadiləsi aparılıb.

Lətif Qəndilov Azərbaycan və Belarus arasında diplomatik münasibətlərin 25 illiyi ilə əlaqədar səfirlik tərəfində xüsusi gümüş nişan buraxıldığı və 25 illik tarixi əks etdirən kitabın çapa hazırlandığı barədə V.Makeyə məlumat verib. Vurğulayıb ki, 25 il ərzində iki ölkə arasında böyük tarix yazılıb və bu tarixi gələcək nəsillərə çatdırmaq çox vacibdir. Sözügedən kitaba 25 illik dövrü əhatə edən fotoşəkillər, təbrik məktubları və ölkələr arasında imzalanmış sənədlər daxil ediləcək. V.Makey səfirliyin təşəbbüsünü dəstəkləyərək gələcək fəaliyyətində uğurlar arzulayıb.

Xəbər lenti
0