CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İzləyin, sevinin, kədərlənin, amma ürəyinizə salmayın...

CC BY 2.0 / Craig Sunter / "Play the long ball"Televizorda futbola baxan azarkeş, arxiv şəkli
Televizorda futbola baxan azarkeş, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Daha riskli qrupa kişilər daxil olub ki, onlarda bu kimi hallar 3,26 dəfə, qadınlarda isə 1,8 dəfə artıb

BAKI, 24 iyun — Sputnik. Rusiya ilk dəfə Dünya çempionatında qrupdan çıxdı, Argentina gözlənilmədən Xorvatiyaya, Almaniya isə Meksikaya uduzdu.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, futbol xəbərləri nə qədər maraqlı olsa da, azarkeşlərin sağlamlığı üçün çox təhlükəlidir. Mütəxəssislər hesab edir ki, sevimli komandanın məğlubiyyəti azarkeşlərin ürəyində problemlər yarada bilər. Və bu elmi şəkildə sübut da edilib.

Təhqiqatçılar müəyyən edib ki, Dünya çempionatı zamanı aritmiya halları və infarkt sayı artıb. 2006-cı ildə Dünya Kuboku zamanı alimlər alman azarkeşlərin sağlamlığı üzərində müşahidələr aparıb. Müəyyən edilib ki, milli komandanın oynadığı günlər aritmiya və infarkt halları orta hesabla 2,66 dəfə artıb. Daha riskli qrupa kişilər daxil olub ki, onlarda bu kimi hallar 3,26 dəfə, qadınlarda isə 1,8 dəfə artıb.

Televizorda futbola baxan azarkeş, arxiv şəkli - Sputnik Azərbaycan
Azarkeş arvadını futbol mərcində dostuna uduzdu…

Tom Nquyen izah edir ki, riskin artması bir neçə faktorla əlaqəlidir. Bura emosional gərginlik, düzgün qidalanmama, yağ və kalorili qidaların qəbulu və alkoqollu içkilərin qəbulu daxildir.

Futbol daha çox ürək çatışmazlığı olan insanlar üçün təhlükəlidir. Belə insanlar üçün qol vurulması zamanı qalibiyyət və ya məğlubiyyətin olması ən təhlükəli an hesab edilir.

Bununla yanaşı bir çox insanlar əgər əvvəllər ürək-damar problemləri ilə qarşılaşmayıblarsa və sinələrində ağrı hiss etmirlərsə, aritmiya və infarkt əlamətlərinə fikir vermirlər.

Həkimlər məsləhət görür ki, futbol meydançasında baş verənləri ürəyinizə salmayın və kiçik problemlər belə hiss etdiyiniz zaman həkimə müraciət edin.

Xəbər lenti
0